ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Siyasi məhbus Razi Hümbətov 2 saylı CÇM-ə köçürülüb

Müsəlman Birliyi Hərəkatının üzvü, ictimai fəal Razi Karrar oğlu Hümbətov saxlanıldığı Kürdəxanı təcridxanasından 2 saylı CÇM-ə köçürülüb.

Bu barədə məhbusun yaxınları məlumat verib.

Dastan.info-nun verdiyi xəbərə görə, Bakı Apellyasiya Məhkəməsi narkomaniyaya qarşı mübarizə aparması ilə tanınan ictimai fəal, siyasi məhbus Razi Hümbətovun şikayətini təmin etməyib o, barəsində aparılan məhkəmə prosesi başa çatdıqdan sonra CÇM-ə köçürülüb.

YADDAŞ

Müsəlman Birliyi Hərəkatının üzvü, Abşeron rayonunun Ceyranbatan qəsəbəsində narkomaniyaya qarşı mübarizə aparan ictimai fəal Razi Hümbətov 2021-ci il 7 iyul tarixində oğurlanıb. Ailə üzvləri 4 gün axtardıqdan sonra onun Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində (bandotdel) saxlanıldığını öyrəniblər.

Məlum olub ki, iyulun 8-də Nərimanov Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ((Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma-külli miqdarda törədildikdə) iləittiham irəli sürərək onun barəsində həbs qətimkan tədbiri seçib. Vəkil Cavad Cavadov məhkmənin qərarından şikayət verib. 14 iyulda Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyilə keçirilən prosesdə şikayətə baxılıb və rədd edilib.

Vəkil Cavad Cavadov bildirib ki, Razi Hümbətov saxlanarkən ona qarşı fiziki təzyiq olduğunu bildirib.

2022-ci il mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Razi Hümbətov 6 il müddətinə azadlıqdan məhrum edilib. Açıq keçirilən məhkəmə proseslərinə media nümayəndələri və təqsirləndirilən şəxsin yaxınları buraxılmayıb.

R. Hümbətov barəsində verilən məhkəmə qərarından verdiyi apellyasiya şikayətini Bakı Apellyasiya Məhkməsi təmin etmədi.

Razi Hümbətov və yaxınları onun həbsini siyasi sifariş hesab edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button