ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Siyasi məhbus Abgül Süleymanovun oğlu atasını qarşılaya bilməyəcək

Sentyabr ayının sonlarında siyasi məhbus, ruhani Hacı Abgül Süleymanovun fiziki azadlığa çıxması gözlənilir. Giperssilka informasiya agentliyi xəbər verir ki, məsələ ilə bağlı A.Süleymanovun oğlu Muhəmmədcavad Süleymanov atasının facebook sosial profilində status paylaşıb. M.Süleymanovun ailəsi və xalqı üçün bu əlamətdar hadisədə iştirak edə bilməyəcəyini açıqlayaraq bunun səbəbini belə izah edib:
“Bağışlayan və Mehriban Allahın adı ilə!
Allahın Rəsulu (s) buyurmuşdur: “Elm əldə etmək bütün müsəlmanlara vacibdir”.
Hər il olduğu kimi bu il də yay tətiliylə bağlı vətənimizə gəlmişdik. Yeni təhsil ili başladığı üçün yenidən İran İslam Cümhuriyyətinə geri dönməli və təhsilimizə maksimum güclə davam etməliyik.
Allahın izni ilə atam bu ayın sonunda həbsxanadan azad olacaq, lakin təəssüf ki, ölkədə olmadığımıza görə biz bu hadisənin canlı şahidi ola bilməyəcəyik. Bəlkə də bəziləri bunu hörmətsizlik, valideynə qarşı diqqətsizlik kimi qələmə versin və bizi qınasın, amma qeyd etməliyəm ki, atamız bizim elm və təhsil əldə edə bilməyimiz üçün 11 ildən çox azadlığından keçməyə razı oldu. Bizim bu addımımız hörmətsizlik yox, atama və onun hədəflərinə hörmət əlaməti daşıyır.
Atamızın həbsxanadan çıxış anlarını yaşaya bilməməyimiz bizim üçün çətin olsa da, təhsilimizə davam etmək üçün ölkəni onu gözləmədən tərk etməyimiz əslində onun zəhmətlərinin haqqını əda etmək hesab olunur. Bəziləri “Biz sizin yerinizdə olsaydıq, getməzdik” deyib, bir neçə gün də ölkədə qalmağımızı istəyirdilər. Diqqət etmək lazımdır ki, insanların şəraiti biri-birindən fərqlidir. Eyni şəraitdə olmadığımız üçün bu sözü demək kimlər üçünsə rahat ola bilər. Lakin bizim şəraitimiz tamam fərqlidir.
Sonda bu illər ərzində bizə maddi və mənəvi dəstək göstərən, daim yanımızda olub bizə dəstək verən əzizlərə xüsusi minnətdarlığımı bildirirəm. Allah onların ruzilərinə və ömürlərinə bərəkət versin və dünyadan köçənlərinə rəhmət etsin!
Allahdan elm yolunda ölkəni tərk edən və qəriblikdə min bir zəhmətlə savadını artırmağa çalışan bacı və qardaşlarıma müvəffəqiyyətlər arzu edir, dinə, vətənə və millətə xeyirli övlad olmalarını diləyirəm!
“İman gətirib hicrət edən və Allah yolunda öz malı və canı ilə cihad edənlərin Allah dərgahında ən yüksək məqamları vardır. Məhz onlar nicat tapanlardır.” (Tövbə surəsi, ayə 20)”.
Qeyd edək ki, Abgül Süleymanov 30 sentyabr tarixində həbs müddətini bitirib azadlığa çıxacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button