ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Siyasi fəal qanunsuz silah saxlama maddəsi ilə həbs edilib

sosial şəbəkələrdə yaydığı tənqidi fikirlərinə görə cəzalandırıldığını düşünür

Rza Səfərsoyun evində axtarış aparıldığı, kompüterinin, telefonunun götürüldüyü bildirilir

Siyasi fəal, özünü Azərbaycanın Ləyaqətli Övladlarının Vəhdəti (ALÖV) Partiyasının sədri kimi təqdim edən Rza Səfərsoy həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 228-ci (qanunsuz silah saxlama) maddəsilə ittiham irəli sürülüb.
Siyasi fəalın yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, onu noyabrın 24-də Xəzər Rayon Polis İdarəsinin əməkdaşları saxlayıb. Xəzər Rayon Məhkəməsinin qərarıyla onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs qətimkan tədbiri seçilib. Rza Səfərsoy artıq Şüvəlandakı 3 saylı istintaq təcridxanasına köçürülüb.
Siyasi fəalın həyat yoldaşı Təranə Səfərsoy bildirib ki, polislər həyat yoldaşını evdən aparıblar. Onun sözlərinə görə, evlərində axtarış da aparılıb, kompüter, həyat yoldaşının telefonu götürülüb.
Təranə Səfərsoy qanunsuz silah saxlama ittihamının saxta olduğunu, həyat yoldaşının sosial şəbəkələrdə yaydığı tənqidi fikirlərinə görə cəzalandırıldığını düşünür.
Rza Səfərsoy bundan öncə də məhz “Facebook” paylaşımlarına görə həbsdə olub. O, 2018-ci ilin iyulunda Gəncədə keçmiş icra başçısı Elmar Vəliyevə sui-qəsddən sonra sosial şəbəkələrdə yazdığı statuslara görə 7 ay həbsdə saxlanmışdı. Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar) və 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddələrilə ittiham olunan Rza Səfərsoya Səbail Rayon Məhkəməsinin hökmüylə 2 il azadlıqdan məhrumetmə cəzası kəsilmişdi. Sonradan Bakı Apelyasiya Məhkəməsi hökmü dəyişərək, müddəti 7 aya endirib, 2019-cu il fevralın 11-də onu məhkəmə zalından azad etmişdi.
Qarabağ müharibəsi veteranı olan Rza Səfərsoy həm də ikinci qrup əlildir. O, Silahlı Qüvvələrdə zabit kimi xidmət edib. Lakin səhhətindəki problemlərə görə ehtiyata buraxılıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button