ArxivXəbər lentiXəbərlər

Şirniyyatları dini atributlarla bəzəmək olarmı? – Hacı Şahin Həsənlidən açıqlama

qafqaz.ir FaktXəbər-in verdiyi məlumata görə, sosial şəbəkədə inanclı şəxslərin paylaşıdığı tort şəkili böyük müzakirəyə səbəb olub. Buna səbəb tortun üzərində müqəddəs Kəbə evi, Qurani-Kərim, möhür və canamaz şəkillərinin öz əksini tapmasıdır.

Tortun paylaşılması sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Bəziləri dini atributların tortun üzərində olmasına etiraz etsə də, digər qrup buna müsbət baxdığını qeyd edib. Bu tip addımların dini qaydalar baxımından nə qədər mümkün olmasını aydınlaşdırmaq məqsədilə QMİ sədrinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi Şahin Həsənliyə müraciət etdik. Tanınmış ilahiyyatçı bildirdi ki, bu tip addımlara birmənalı qadağa olmasa da, dini dəyərlərin aşağılanmasına səbəb olan hallardandan çəkinmək lazımdır: “İnsanlar bu tip addımlar atarkən düşünməlidir ki, dini və dini dəyərləri lağ obyektinə çevrirməsinlər. Əgər bu tip hallar baş verərsə, bundan çəkinmək lazımdır. Təbii ki, burda söhbət qadağadan getmir. Sadəcə bu cür addımlar atılarkən bir qədər düşünülməlidir. Çünki əks halda bəzi insanların dini dəyələri məsxərə etməsi və başqa şəkil alması müşahidə olunur. Ümumiyyətlə dini gözdən salmağa və gülüş obyektinə çevirməyə səbəb olan addımlardan çəkinilməlidir. 

Təbii ki, burda qadağa yoxdur. Lakin hörmətsizliyə səbəb olan hallara yol vermək olmaz. Bu həm dövlət atributlarına, həm də dini dəyərlərə aid haldır”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button