AktualAktualArxivIslamXəbər lentiXəbərlər

Azərbaycanın Ərbəin zəvvarlarının ürəyində vilayət və İnqilabın Böyük Rəhbərinə sevgi dalğası

Qafqaz Mədəniyyət Mərkəzi – Gilan Televiziya və Radio Şirkətinin Xaricə Yayım Ofisinin müdiri Bijən Məhəmməd Əlipur müsahibəsində deyib: “Bu il bizim dairəmizin daxili və xarici müxbirlərinin əzəmətli Ərbəin Yürüşündə iştirak edən Azərbaycan Respublikasının müsəlmanları ilə söhbətlərində müşahidə etdikləri vilayətə və Böyük Rəhbər İmam Xameneiyə sevgi idi vəbu sevgi aşiq piyada karvanının, xüsusilə də coşğun şiə cavanlarının ürəyində tufanlı dəniz kimi dalğalanırdı. Onların dillərində daim “ləbbeyk ya Xamenei”, “ləbbeyk ya Hüseyn” şüarı səslənirdi”.
Məhəmməd Əlipur müsahibəsinin digər bir hissəsində azərbaycanlı müsəlmanların və zəvvarların bəsirətini alqışlayaraq deyib: “Azərbaycan Respublikasının coşğun və düşüncəli gəncləri Nəcəfdən Kərbəlaya qədər və İranın daxilində bütün yol boyu İŞİD-in çirkin məqsədlərini açıqlayırdılar və onlarla mübarizə aparmağa hazır olduqlarını bildirirdilər”.
Qafqaz məsələləri üzrə ekspert müsahibəsinin digər hissəsində deyib: “Bu il Azərbaycanın bir sıra ruhanilərinin və İslam Partiyasının üzvlərinin Ərbəin zəvvarlarının arasında olması bu karvana xüsusi cilvə vermişdi”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Ərbəin Yürüşü karvanı iki gün öncə Astara və Biləsuvar keçid məntəqələri yolu ilə öz ölkələrinə qayıtdı.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button