AktualAktualArxivXəbər lentiXəbərlər

Nardaran şəhidlərinin qəbirlərinin dağıdılmasından sonra; Azərbaycanın hökumət strukturuna vəhabi təfəkkürünün nüfuzunun yeni ölçüləri

Bakı hökumətinin Nardaran şəhidlərinin qəbirlərini dağıtması bu ölkənin dövlət strukturlarına vəhabi təfəkkürünün nüfuz etməsinin yeni ölçülərini göstərir.
Qafqaz Mədəniyyət Mərkəzi –Redaksiyamızın “Nur-az” saytına istinadla verdiyi xəbərə görə Bakı təhlükəsizlik qüvvələrinin Nardaran qəsəbəsinə hücumu nəticəsində şəhid olmuş dindarların qəbirlərinin dövlət qüvvələri tərəfindən dağıdılması islamçı fəalların və məhbusların reaksiyası ilə qarşılaşıb.
Ötən il Nardaran qəsəbəsində baş vermiş qanlı hadisədə həbs edilmiş Cabbar Cabbarov ona qarşı əsassız ittihamlarla keçirilən məhkəmədə Bakı hökumətinin şəhidlərin qəbirlərini dağıtmasını insanlığa sığmayan hərəkət adlandırıb və dövlətdən belə hərəkətlərinə son qoymasını tələb edib.
Müsəlman Birliyi Hərəkatının rəhbəri Hacı Tale Bağırov da Bakı hökumətinin şəhidlərin qəbrini dağıtması siyasətini İŞİD-in İraq və Suriyadakı hərəkətlərinə bənzədib və bu işə görə hökuməti tənqid edib.
Ötən il Azərbaycan Respublikasının təhlükəsizlik qüvvələri Nardaran qəsəbəsində yerləşən bir hüseyniyyədə İmam Hüseynə (ə) əzadarlıqla məşğul olan bir qrup dindara hücum etdi və onlardan dörd nəfərini şəhid etdi. Bakı hökuməti bu qanlı hadisədən sonra şəhidlərin cənazələrinin Nardaranın əsas qəbiristanlığında dəfn etməyə icazə vermədi və şəhidlərin cənazələri məcburi surətdə qəsəbədən uzaq bir yerdə dəfn edildi. Bu məsələ şəhid ailələrinin və qəsəbə əhalisinin etirazı ilə qarşılaşdı.
Əhli-Beyt (ə) aşiqləri və Nardaran şəhidlərinin qanının hamiləri bu yaxınlarda şəhidlərin məqamına hörmət məqsədilə onların qəbirlərinin üzərinə qəbir daşı qoymuş və adlarını qeyd etmişdilər. Ancaq Bakı təhlükəsizlik qüvvələri şəhidlərin qəbirlərini dağıtmış və özlərinin vəhabi əqidəsinə uyğun hərəkətlərindən yeni fəsli nümayiş etdirmişlər.
Qeyd edək ki, Azərbaycan Respublikasında qəbristanlıqlarda vəhabilər tərəfindən ardıcıl olaraq bir neçə dəfə gecə vaxtı qəbirlərin şübhəli dağıdılmasından sonra Bakı dövlətinin Nardaran şəhidlərinin qəbirlərini dağıtması hərəkəti ümumi fikri və ekspertlərin nəzərini özünə çəkmişdir və onların fikrincə bu hərəkət vəhabi təfəkkürünün Bakı hökumətinin strukturlarına dərin nüfuz etməsini göstərir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button