ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Sionistlərin quru əməliyyatındakı məğlubiyyəti çox böyük idi

Seyid İbrahim Rəisi bu gün Əlcəzirə telekanalı ilə müsahibədə əlavə edib: Sionistlər birinci məğlubiyyətdə hücumdan xəbərsiz olduqlarını iddia etmişdilər, amma onlar özlərinin ikinci məğlubiyyətlərində təpədən dırnağadək slahlanmış ordu ilə Qəzzəyə hücum etdilər və müqavimət cərəyanı onları geri çəkilməyə məcbur etdi. Bu hadisə Fələstin xalqının adına digər bir böyük qələbəni qeydə aldırdı.
Rəisi əlavə edib: Amerikalıların mesajlarının cavabını müqavimət qrupları əyani şəkildə verdilər. Amma təəccüblü burasıdır ki, amerikanlar başqalarına deyirlər ki; bir hərəkət etməyin, özləri isə sionistlərin Qəzzədə cinayətlər törətmələri üçün lazım olan bütün imkanlar, təchizatlar və silahları/ özü də/ dünya xalqlarının gözləri qarşısında təşkil edirlər.
İran prezidenti həmçinin qeyd edib: Müqavimət bir şəxsə və ya qrupa aid olmayıb, Fələstin xalqının canı və qanındadır.
Rəisi deyib: İslam Dünyası və Amerikanın hökmranlığı altında olmayan bütün müstəqil ölkələr Fələstin müqaviməti cərəyanını himayə və müdafiə etməlidirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button