ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Şeyx Sərdara atılan böhtanla əlaqədar ictimaiyyət nümayəndələrindən ETİRAZ

 

Siruz Pirrəfdi (ilahiyyatçı): “Azərbaycanda Günəş parlayıb artıq”

“Yusifinin abrını qoruyan Allah, Sərdarının da abrını qoruyar. Allah bizimlədir. O, hər şeyə yetər.

Şeyx Sərdara şər atmaqla düşmən bir daha sübut etdi ki, Azərbaycan xalqının artıq bir Rəhbəri var və xalq bu rəhbərin ətrafında birləşsə, onlar üçün heç yaxşı olmayacaq.

Azərbaycanda Günəş parlayıb artıq, günəşi mundar ağız suyu ilə söndürmək olmaz.

Yusifi quyuya, zindana atsan da, şərləsən də, onun Allahı onu əziz edəcək.

Şeyxin Azərbaycan əzizi olmağına az qalıb, inşəallah”.

 

Rza Kərimov: (sosial şəbəkə istifadəçisi)

“Etiraz.

Lənət sizə ey Şiyyələrə böhtan atanlar.

Lənət sizə ey boş yerə meydanı qatanlar.

Ey qeyrəti vicdanı bu dünyaya satanlar.

Sizlər nə bilirsiz axı dünya nə deməkdir?

Siz zənn eləyirsiz “yala-hürmək və yeməkdir”.

***

Onsuzda bilirlər yemək üçün yaşıyırsız.

Hər sahədə virus bizə sizlər daşıyırsız.

Onçündə qaşınmaz yeri yersiz qaşıyırsız.

Bəlkə öz eyiblərnizi ört-basdır edirsiz.

Boş-boş danışıb, zəhlə töküb, “dır-dır” edirsiz.

***

Səhv etdiniz əlbətdə kökündən təməlindən.

Layiqdir ona kimlərin öpdüksə əlindən.

Bir kəski yerə qoymayır Allahı dilindən.

Fəxr ilə onun hər dəm əlindən öpərik biz.

Hər dil buna tən etsə kökündən kəsərik biz.

***

Bəsdir nə qədər bir belə nadan olacaqsız?

Rüsvay olacaqsız və pərişan olacaqsız.

Məhşər günü yəqinki peşiman olacaqsız.

Allah bunu Quranda bizə vəd eləyibdir.

İblis babanız sadəcə möhlət diləyibdir.

***

Amil, Şüəra surəsinin həqqin əda et.

Həqqin sözü bir Həqdi bu aləmdə nida et.

Mömin buna amin deyəcək sənsə dua et.

Çöksün o yalançı “TV”nin qülləsi Allah.

Ordan ucala aləmə Həqqin səsi Allah.

10.11.2015.

Şüəra surəsi 221-227 ci ayələr”.

 

Pərvin Cəfərzadə (sosial şəbəkə istifadəçisi): “Tarix boyu əzəmətli kişilərə şər, böhtanlar atıblar…”

“Şeyx Sərdar barədə yayılan videonu araşdırmağa ehtiyacım yox idi. Çünki Adamın nə qədər düzgün insan olmasına əminəm. Statusu yazmağa görə araşdırdım. Yəni bildiyimiz montajdır ki, özüm də bu tip montaj işləri ilə məşğul oluram və anlayışım var.

Tarix boyu Əzəmətli Kişilərə şər, böhtanlar atıblar, axı heç bir mənfi hal tapa bilmirlər barələrində. Kişinin düşməni Kişi olanda, mübarizələri də kişi kimi olur. Qorx o gündən ki, düşmənin nakişi olsun. Bax onda bu kimi hallarla rastlaşarsan”.

 

Hacı Cavid Pənahlı (ilahiyyatçı):

“Allahın izzət verdiyi şəxsi, kimsə xar edə bilməz”.

Anar Abbasov (sosial şəbəkə istifadəçisi):

“Qeyrətliyə qeyrətsiz olanlar çəkər həsrət!”

 

Şeyx Nəsimi Lənkərani (ilahiyyatçı): “”Qiyamət”dən qorxmursunuzsa, heç olmasa, dünyanızda kişiliyiniz olsun”

“Bismi Rəbil Hüseyn. Şeyx Sərdar və dəyərli ruhani şeyx Cəlala qarşı aparılan çirkin kampaniya xitab edərək deyirik: “İmam Hüseyn (ə) Aşura günü Yezidin (lən) 30 minlik qoşununa buyurmuşdur: “Ey Əbu Süfyan (lən) tərəfdarları! Dininiz yoxdursa və Qiyamət günündən qorxmursunuzsa, heç olmasa, dünyanızda azadə olun (yəni kişiliyiniz olsun)!”””

Kamal Yaşar (sosial şəbəkə istifadəçisi): “Cəhalətin ən dib nöqtələrindən biri hər gördüyünə, görünənə inanmaqdır”

“Cəhalətin ən dib nöqtələrindən biri gördüyünə, görünənə inanmaqdır və bu, dolayısıyla bir növ şərti, primitiv materialistik yanaşmadır. Görünən isə bəzən ən yaxşı şəkildə kamuflyaj olunmuş batildir, cəhldir və baxanın, görənin fərqində olmadığı mədəni korluqdur”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button