ArxivXəbər lentiXəbərlər

Sahil Rzalıya məktub: “Xoşbəxt anayam ki, oğlum Allah yolunda zindandadır…”-ZİNDANNAMƏ

Əziz oxucularımız, on iki ayın sultanı olan Ramazan ayının gəlişi münasibət ilə hamınızı təbrik edirik. Allah ibadətlərinizi və dualarınızı qəbul etsin.

Müqəddəs Ramazan ayının ilk günündən vetenugrunda.az saytı “Zindana məktub…” layihəsinə başlayıb.

Bu gün zindanlarda yüzlərlə günahsız insanımız olmayan suçunun cəzasını çox ağır şəkildə çəkir.

Sizlərin bu müqəddəs ayda onlara ürək sözlərinizi, fikirlərinizi ifadə edən məktublarınızı çatdırmağı özümüzə borc bildik. Siz zindanlarda məhkumluq həyatı yaşayan, isti yuvasından, doğma od-ocağından, əzizlərindən ayrı düşən məhbuslarımıza məktub yazın. Məktublarınız vetenugrunda.az saytında yayımlanacaq.

Layihə Ramazan ayı boyunca davam edəcək və eyni zamanda bütün məktublar “Zindannamə” adlı kitabda işıq üzü görəcək.

Məktublarınızı vetenugrunda.az2018@gmail.com ünvanına və facebook səhifəmizə (Vətən Uğrunda İctimai-Siyasi Qəzet) göndərə bilərsiniz.

Layihəmizə qoşulan hər kəsə təşəkkürümüzü çatdırırq.

Bu günki məktub şərlənərək həbs edilən imanlı qardaşımıza, Sahil Rzalıya yazılıb. Məktubu Sahilin anası yazıb.

“Xoşbəxt anayam ki, oğlum Allah yolunda zindandadır…”

“Bu yol mənim yolumdur, bədəli ölüm belə olsa, Allahın, Əhlibeytin yolundan dönən deyiləm.

Bu Sahilin mənə evdə oxuduğu sonuncu günün sözləri idi.

Həyatını, gənc ömrünü Haqqa fəda edən fədakar oğlum, səninlə qürur duyuram. Heç zaman başımızı önə əymədin.

Səni tez-tez görsəm də, danışsam da yenə də qəlbimdəki sözlərim bitmək bilmir. Bir kəlmə söz çox fikir ifadə edir və bu kəlmə -Mən çox xoşbəxtəm anayam və Allahıma sonsuz təşəkkür edirəm ki, bizə sənin kimi bir övlad nəsib etməklə bu xoşbəxtliyi bizə yaşadıb.

Bir ana üçün oğlunun Allah yolunda zindanda olması nə qədər çətin olsa da bir o qədər böyük fəxrdir.

Zindan son deyildir. Siz zindanı gülüstana çevirən yusiflərsiniz. Allah sizlərə böyük bir izzət verib.

Bu izzətlə Allah Sizin məqamınızı qiyamətə qədər uca etsin!

Haqq həmişə qalib olub və olacaqda. Qoy zalımlar sizin cisminizi zindanda həbs etməklə öyünməsin, sizin ruhunuz AZADDIR!

Canim Sahilim, keçdiyimiz bu keşməkeşli həyatda nələr olacağını biz bilə bilmərik. Əgər əcəl mənə sənin azad olunduğun günü görməyə imkan verməsə də, Allahım bir gün bu məktubu oxumağı sənə nəsib edəcəkdir. Bil ki, ananın sənə ilk və son sözü hər zaman budur: Haqqım sənə halal olsun mənim imam Həsən (s) ruhlu oğlum.

Nə qədər ki, nəfəsim canımdadır bu şərəfli yolda səninlə qoşa addımlayacağam. Allah məqamınızı uca etsin.

Səni canından çox sevən anan.

2018-05-28.”

YADDAŞ:

2015-ci ilin noyabrında – Nardaran olaylarından əvvəl, “Müsəlman Birliyi” Hərəkatı sədrinin müavini Elçin Qasımovu polis saxlayıb. Noyabrın 5-də onun saxlanma səbəbini öyrənmək istəyən bir qrup dindar Sabunçu Rayon Polis İdarəsinin qarşısına gedib. “Müsəlman Birliyi” Hərəkatının üzvi olan Sahil Rzayev dindarların arasında olub.

O, Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunub.

Sabunçu Rayon Məhkəməsi S.Rzayevi 6 il 5 ay 15 gün azadlıqdan məhrum edib.

Mayın 8-i Bakı Apelyasiya Məhkəməsi S.Rzayev və digərlərinin şikayətini rədd edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button