Mərasim Hacı Cavad məscidində keçiriləcək
Bakıdakı Hacı Cavad məscidində növbəti Quran Gecəsi keçiriləcək. Bu barədə SalamNews-a Məscidin dini icmasından məlumat verilib. Bildirilib ki, mərasim sentyabrın 27-də Hacı Cavad məscidində axşam namazından sonra başlayacaq. Mərasimdə tanınmış Quran qariləri, ziyalılar, o cümlədən ilahiyyatçı alimlər iştirak edəcəklər. Qeyd edək ki, bundan əvvəl Hacı Cavad məscidində Quran Gecəsi keçirilib. Məsciddən bildirilib ki, belə mərasimləri keçirməkdə məqsəd insanların müqəddəs kitaba olan maraq və sevgisini artırmaqdır.