ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Səudiyyə Ərəbistanı əmrə tabe olduğunu bildirib

Ağ Evin Ciddədə ABŞ Prezidenti Co Bayden ilə Səudiyyə Ərəbistanı rəhbərliyinin nümayəndələri arasında keçirilən danışıqların yekunlarına dair bəyanatında bildirilir ki, Səudiyyə Ərəbistanı qərb ölkələri üçün davamlı iqtisadi artımı təmin etmək məqsədi ilə qlobal neft bazarını yenidən balanslaşdırmaq səylərini dəstəkləməyə söz verib.

Qeyd edilir ki, Vaşinqton neft hasilatının iyul və avqust ayları üçün nəzərdə tutulan həcmlərlə müqayisədə 50 faiz artmasını alqışlayıb. “Bu və növbəti həftələrdə gözlədiyimiz addımlar bazarları əhəmiyyətli dərəcədə sabitləşdirməyə kömək edəcək”, – Ağ Evdən bildirilib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı daima ABŞ-ın əmrləri əsasında Avropanın ucuz enerji ilə təmin olunması üçün istehsalı artırır və neftin qiymətinin qalxmasına mane olur.

Özünün və neft istehsal edən digər ölkələrin milli sərvətlərinin ucuz qiymətə qərbə daşınmasına şərait yaradan Səudiyyə Ərəbistanı neft ucuzlaşanda isə heç vaxt əks addım atmır və istehsalını azaltmır.

Görünür Ukrayna müharibəsi nəticəsində enerji bazarında yaranmış gərginlik şəraitində ABŞ prezidenti Co Bayden Səudiyyə Ərəbistanına səfəri zamanı bu ölkə başçılarına istehsalı artırmaq əmri vermişdir və Ərriyad da həmişəki kimi əmrə tabe olduğunu bildirmişdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button