ArxivXəbər lentiXəbərlər

Səud qəbiləsi Qaşıqçının qətlinin beynəlxalq səviyyəyə qaldırılmasına qarşı çıxıb

Ərəbistanın səud rejiminin tənqidçisi olmuş jurnalist və yazar Camal Qaşıqçının qətli işnin regional və beynəlxalq nəticələrindən qorxmasının ardınca Ərriyad bu iş barədə təhqiqatın beynəlxalq səviyyə qaldırılması üzrə tələbləri rədd edibdir.
qafqaz.az/ Türkiyə prezidenti Rəcəb Tayyıp Ərdoğan dünən bildirib ki, Türkiyə bu jurnalistin qətli məsələsini izləyəcək və lazım gələrsə, bu həftə həmin mövzunu beynəlxalq məhkəməyə çəkəcəkdir.
Ərəbistanın insan haqları komissiyasının sədri Bəndər bin Muhəmməd Ələyban ali-səud rejiminin insan haqları qanunlarını pozmasının davamında bu gün səud başçılarının bundan artıq rüsvay olmalarının qarşısını almaq üçün Camal Qaşıqçının qətli barədə beynəlxalq təhqiqat üzrə hər cür tələbə qarşı çıxıb.
Bundan öncə Əlcəzirə telekanalı səud vəliəhdi Muhəmməd bin Salmanın göstərişi ilə və səud amilləri tərəfindən qətlə yetirilmiş Camal Qaşıqçının cəsədinin məhv edilməsi tərzi barədə ifşaçılıq edərək bildirmişdi ki, bu amillər qətldən sonra onu xüsusi kürədə yandırıblar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button