Islam

Səud ailəsi hakimiyyətdə qalmaq üçün Orta Şərqi qan gölünə çevirib

304605_242

Səud ailəsi hakimiyyətdə qalmaq üçün terrordan istifadə edib, Orta Şərqi qan gölünə çevirib.

Ərəbistan Təhlükəsizlik Təşkilatının s

ədri Bəndər ibn Sultan Ali-Səud rejiminin süqutuna mane olmaq üçün terror yolu ilə Orta Şərq ölkələrindən bir çoxunu qan gölünə çevirib və o bu yolla əslində sionist rejim və Amerikanın mənafelərinə xidmət edir.

Səud ailəsinin hakimiyyətdə qalması üçün günahsız İraq xalqının qanı tökülür

İraq rəsmiləri bildirirlər ki, həbs olunmuş bir çox terroristlərin etirafları bunu göstərir ki, onların Ərəbistan təhlükəsizlik orqanları ilə rabitəsi olub və İraqda sabitliyi pozmaq üçün hazırlanmış planı həyata keçirməyə çalışırmışlar. Son zamanlar İraq parlamentinin bəzi nümayəndələri BMT-də ƏL-Riyadın əleyhin

Son altı ildə terror üçün İraqa gələn xarici vətəndaşlar arasında Səudiyyə Ərəbistanı vətəndaşları  say baxımından birincidirlər və ən təhlükəli terroristlər hesab olunurlar.ə şikayət ediblər.

İraqın baş naziri Nuri Maliki söhbətlərindən birində Ərəbistanın adını çəkmədən  dedi: Körfəz ölkələrindən biri İraqdakı terroristləri himayə edir və İraqda müstəqil bir dövlət yaratmağa və onun rəsmi şəkildə tanımağa çalışır.

Səddam rejiminin süqutundan on ildən çox ötməsinə baxmayaraq Ərəbistan hələ də İraqdakı səfirliyini açmayıb və Bağdadla diplomatik rabitələr qurmaqdan çəkinir.

Məlik Əbdullahın qardaşı Təlal ibn Əbdüləziz Ələnbar əhalisinə 100 min dollar məbləğində kömək edəcəyini bildirmişdi. Elə görünür ki, bu kömək terroristlərə olunacaq, yaxud da Ərəbistana bağlı qrupların İraqın bu vilayətində törətdikləri qətllər və təhlükəsizliyi pozmalarından sonra vilayətin sünni əhalisi arasında Ərəbistanın cinayətlərinə don geyindirməyə çalışırlar.

İlin son aylarında İraqdakı partlayışlar nəticəsində həlak olanların sayı 900-ə çatdı. Bu hadisələrin qurbanları günahsız İraq xalqıdır.

Nə üçün Ərəbistan İraqda sabitliyi pozmağa çalışır?

İraqın həftəlik “Xütvə” dərgisi Ərəbistanın İraqa müdaxiləsini pisləməklə yanaşı bildirdi ki, Səudlar məntəqədə nüfuzlu və güclü İraqın mövcudluğundan nigarandırlar.

Mütəxəssislərin fikrinə görə Ərəbistanın hakimiyyət dəyişikliyi etmək istədiyi Suriya ilə İraq dövlətinin yaxşı rabitələrinin olması onun İraqda sabitliyi pozmağa çalışmasında təsirsiz deyil.

İraqın baş naziri Nuri Maliki öz müşavirlərindən birini mühüm bir sənədlə tanış edib, sənəddə göstərilir ki, Ərəbistan padşahı İraqda şiələrin əksəriyyətinin hakimiyyətdə olmasını, güc əldə etməsini Ərəbistanın gələcəyi üçün ən böyük təhlükə hesab edir.

Həmçinin Ərəbistan İranla İraq arasındakı rabitələrin inkişafına, İranlı zəvvarların İraqa və iraqlıların İrana səfərinə mane olmağa çalışır, bu məqsədlə İraq terror qruplarına maddi köməklər edir.

Bəhreyndə xalq inqilabını yatızdırmaq üçün Ərəbistanın bu ölkəyə  qoşun çəkməsi

Ərəbistanın Bəhreynə birbaşa müdaxiləsi dünyanın ən kiçik ərəb ölkəsindəki etirazları yatızdırmaq üçün “Ada sipəri” qüvvələrini bu məntəqədə yerləşdirməsindən başladı. Əslində bu qüvvələr Ərəbistan, İmarat, Qatar (Küveytin dəniz qüvvələrinin iştirakı ilə) hərbi qüvvələrinin iştirakı ilə, Ərəbistanın rəhbərliyi altında yaradılmışdı.

Ada sipəri qüvvələri yaxın məsafədən Əl-lolo meydanına yığışmış etirazçılara  atəş açmaqla bu ölkənin inqilab tarixinə qanlı bir gün yazdılar. Dünya media nümayəndələrinin kameralarının çəkdiyi bu hadisədə  bir çox vətəndaşlar həlak oldular.

Ərəbistanın bu müdaxiləsi nəticəsində 40-dan çox məscid dağıdıldı. Bu isə xalq inqilabının güclənməsində çox təsirli oldu.

Bəhreyndə etirazçıların dağıdılmasında 140 nəfər şəhid oldu, yüzlərlə insan yaralandı.

Bəhreyn xalqı Ali-xəlifə ailəsinin əleyhinə şüarlar verərkən Ali-səud ailəsinin əleyhinə də şÜarlar deyirdilər və onların süqutunu istəyirdilər.

Səud ailəsi Bəhreyndə padşahlıq rejiminin süqutundan çox qorxur və ölkə əhalisinin keçirdiyi etiraz aksiyalarını yatırmaqla inqilabın qarşısını almağa çalışır. Çünki bu inqilab qələbə çalsa onun təsirləri Ərəbistan sərhədlərini də keçə biləcək.

Suriyada hakimiyyəti dəyişmək üçün Ərəbistanın maddi və hərbi köməkləri

Ərəbistanın Suriyaya hərbi müdaxiləsi Ən-nüsrə, Daiş və digər terror dəstələrinin yaradılması və onların silahlanmasından ibarətdir. Bütün bu səbəblərdən Suriya son üç ildə xarabalığa çevirilib.

Ərəbistan bu qrupları yaratdıqdan sonra onlara Livan, Ordon və Türkiyə sərhədlərindən silah göndərməkdədir.

Həmçinim ifratçı sələfi dəstələrini himayə edib onları Suriyaya göndərmək üçün şərait yaradır və bu yolla Suriyada hakimiyyəti dəyişməyə çalışmasından əlavə ərəb ölkələrini həmin terroristlərin şərrindən qurtarmağa çalışır.

Bəzi ərəb dövlətləri Suriya əleyhinə yeni cəbhə yaratmaq üçün PKK komandirləri ilə danışıqlar aparmışdılar, amma onların bu səyləri nəticəsiz qaldı.

Səud ailəsinə yaxın mənbələr belə bir sirri ifşa etmişdilər ki, Səudiyyə Ərəbistanı şahı, Barak Obamaya yazdığı məktubda təkidlə bildirir ki, Suriyaya hücum olarsa, hücum xərclərini öz öhdəsinə götürəcək və neftin qiymətinin qalxmamasına çalışacaq.

Həmçinin digər mənbələr bildirirlər ki,  bu ölkədə  edama məhkum olan şəxslərə söz verilib ki, Suriyada rejimə qarşı döyüşməyi qəbul etsələr, onların edam hökmü ləğv olunacaq.

Ərəbistan rəsmiləri xeyriyyə təşkilatları və Suriya xalqına kömək adı altında Suriyadakı teroristlərə kömək üçün Ərəbistan əhalisindən küllü miqdarda pul yığıblar;  həmin teroristlər ki, hər gün Suriya əhalisndən müəyyən şəxslərin başını kəsirlər və bütün bunlar mediada nümayiş olunur.

Ərəbistan mediası terorizmə xidmət edir

Ərəbistan tərəfindən himayə olunan Əl-ərəbiyyə kanalı kimi kanallar bütün səyləri ilə Suriya əleyhinə xəbər yaymaqla məşğuldurlar.

Bu kanallar hər gün Suriya komandirləri, siyasətçiləri, nazirləri və digər dövlət adamları arasınada parçalanma yarandığından söz açır və müxaliflərin kiçik müvəffəqiyyətlərini son dərəcə şişirdərək göstərirlər.

Belə bir halda, bütün beynəlmiləl öhdəçiliklərin əleyhinə olaraq Səudiyyə Ərəbistanına aid ərəbsat və Misrə aid nilsat sputnikləri Suriya dövlət televiziyasının proqramlarının yayımını dayandırdılar.

Həmçinin bu ölkələrə bağlı qruplar, parazit dalğalar vasitəsi ilə onların media yalanını ifşa edən bəzi televiziya kanallarının yayımı üçün problemlər yaradırlar.

Misirə müdaxilə və Mursinin süqutu üçün hərbiçiləri himayə etmək

Ali-Səud ailəsinin İxvanul-muslimin ilə ixtilafları qədimdən mövcuddur. Bu ixtilafların tarixi, Səudiyyə Ərəbistanının banisi Məlik Əbdüləzizin göstərişi ilə İxvanul-müslimin üzvlərinin Riyadda qətl olmalarına qayıdır.

Ərəbistan Misir seçkiləri cərayanında islamçı namizədlərin əleyhinə təbliğat aparmaq və öz istədiyi namizədlərin təbliğatı üçün kömək etməklə aşkarçasına Misir seçkilərinə müdaxilə etdi.

Həmçinin Mursi hakimiyyətə gəldikdən sonra Ərəbistan orta siyasət tutmaq şərti ilə ona kömək edəcəyini bildirdi.

Sisi və hərbiçilərin ölkənin qanuni prezidenti Məhəmməd Mursinin əleyhinə çevrilişindən sonra Məlik Əbdullah bu çevrilişi dəstəklədi və 5 milyard dollar məbləğində maddi kömək etməklə çevriliş dövlətini gücləndirməyə çalışdı.

Həmçinin, araşdırmaçıların fikrinə görə Ərəbistanın çevriliş dövlətinə köməklərinin səbəbi onun İxvanul-müslimin ilə sərt müxalifliyi və İxvanül-musliminin digər ölkələrdə güc sahibi olmasından qorxmasındadır.

“Əl-əhram” dərgisinin məsul şəxslərindən  biri dedi:

Ərəbistan Amerikanın hiyləsini icra etməkdədir. Bu hiylə Ərəb ölkələrinin respublika quruluşunu dağıtmaq və bu ölkələri din bölgüsü əsasında sünnü, şiəyə, müsəlman və məsihiyə ayırmaq, parçalamaqdan ibarətdir. Nəticədə bu xalqların hər zaman bir-birləri ilə mübarizədə olmasına çalışırlar.

O bildirdi: Misir inqilabı qarşısında Ərəbistanın mənfi mövqesi aşkardır.

Ərəbistanın, Hizbullahı zəiflətmək üçün Livana müdaxiləsi və nakam qalması

Son zamanlar Livanda baş verən partlayışlar Livanda milli vəhdətin pozulması məqsədi ilədir.

Livandakı müxtəlif siyasi qruplar arasında yalnız 14 mart və Cəryanul-mustəqbəl partiyalarından olan bəzi şəxslər partlayışlardan sonra ittihamlara başladılar.Bu şəxslər isə Ərəbistan tərəfindən himayə olunurlar. Digər bütün partiyalar isə bu partlayışların milli vəhdətin pozulması məqsədi ilə olduğunu etiraf edirlər.

Həmçinin Daiş terror dəstəsi partlayışları üzərinə götürüb. Bu terror dəstəsi Bəndər bin Sultanın himayəsi ilə yaşayır.

Digər bir tərəfdən partlayışların hədəfi hər dəfə Livandakı siyasi tərəflərdən biri olur. Bu vasitə ilə partlayışların dini ixtilaf səbəbindən olması fikrini yaymağa çalışırlar.

Mişel Süleyman daha öncələr bildirmişdi ki, Ərəbistan padşahı 3 milyard dollar məbləğində Livan ordusuna kömək etmək istəyir.

Bir çox mütəxəssislərin dediyinə görə Məlik Əbdullah bu vasitə ilə ordu ilə Hizbullahı qarşı-qarşıya qoymaq və nəhayətdə Hizbullahın səhnədən silinməsinə şərait yaratmaq istəyir.

Digər bir tərəfdən Ərəbistan bu kömək ilə Livanda Riyadın siyasətlərinə uyğun dövlət təşkil etmək istəyir və bu planı “14 mart” hərəkatı həyata keçirmək fikrindədir.

yazidan istifadə zamanı qafqaz.ir-in saytına istinad vacibdir …!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button