Şeir

Səndədir ən yüksək aşiqlik, sədaqət, ya Hüseyn

Səndədir ən yüksək aşiqlik, sədaqət, ya Hüseyn
Həq vücudundan olubsan sən bir ayət, ya Hüseyn
Əkrəmin Rəbbin verib həm elmdə irfan sənə
Verdi xaliq hər nə ki, var eylədi ehsan sənə
Ol səbəbdəndir doğuşdan yad olub nöqsan sənə
Olmusan zərr aləmindən çün hidayət, ya Hüseyn
Müstəqimsən getdiyin hər rahdə, ey sərvərim
Möcüzün göstərdi Allah şahdə, ey sərvərim,
Əmr Allahındır icra etməsi peyğəmbərin
Kim,demiş Quran ilə oldun əmanət,ya Hüseyn

Gün gəlib yetdi, Rəsul getdi bu dünyadən fəqət
Heç rəvadırmı ki, minbərdə otursun nabələd
Söylədin, qəsb eylədi haqqın sənin əmalı bəd
Həm əmanət çıxdı yaddan, həm xəyanət, ya Hüseyn
Yetmədi qəsbi – xilafət sonra üsyan eylədi
Getdi Əkbər, həm Əbəlfəz bağrını qan eylədi
Kəsdi başın ki, sənin ol qana qəltan eylədi
Görmədi dünya bu cür zülmü cinayət, ya Hüseyn

Etmədi rəhm ol Yəzid bir dəm qohum qardaşına
Salmadı bir an nəzər çüşmindən axmış yaşına
Söylədin: ”Dünya, bu gündən bil, kül olsun başına”
Gər ki, almişsa fidan Əsğər xəsarət, ya Hüseyn
Bir səda yüksəlmədə titrər bu halətdən fələk
Yoxmudur imdad edən etsin o dildarə kömək
Göylər ağlar söyləyir Cəbrail adlı bir mələk
Halinə, avaz ilən eylər tilavət, ya Hüseyn.

Çəkmişəm ismin sənin hər dəm yetibsən dadimə
Salmaq üçün hər gecə, gündüz, səhərlər yadimə
İsmini mən eşq ilən verdim oğul övladimə
Çün həya etdim çəkib səndən xəcalət, ya Hüseyn
Rahiyəm, eşqim tükənməz heç zaman bitməz sənə
Hər nə qədri şer yazsam bil, hədər getməz sənə
Hər iki aləmdə vəsf etsəm yenə yetməz sənə
Hər nə ki, yazsam sənə etməz kifayət, ya Hüseyn

yazidan istifadə zamanı qafqaz.ir-in saytına istinad vacibdir …!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button