AktualArxivFatimi yaşayişIslammədəniyyatQarabağŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlərXütbələr

Ərdəbil imam cüməsi: Xarici KİV-lərdən şikayət edəcəyik

Ərdəbilin imam cüməsi son vaxtlar bir tələbə haqqında yayılan yalanları tənqid edərək deyib: “Xalqın və İran İslam Respublikası rəsmilərinin sayıqlıq və bəsirəti sayəsində qərb media imperiyasının fitnə və hərəkətləri məğlubiyyətə məhkumdur.”

Qafqaz Həqiqətləri xəbər verir ki, Ayətullah Seyid Həsən Amili bu həftənin cümə namazı xütbələrində deyib: “Bu həftə qəddar ordu kimi əziz İranımızın üzərinə yürüş etmiş qərb media imperiyası üçün böyük rüsvayçılıq yarandı. Bu rüsvayçılıq bizim əyalətlə bağlı yaydığı yalanlara görə idi. Əvvəlcə Sistandan başladılar, sonra Loristana getdilər, ondan sonra Kürdüstanda fitnə yaratdılar. Bunun ardınca Ərdəbilə gəldilər. Ölü görmək arzusundan məyus olanlar uydurma ölü ardıncadırlar. Qapı-qapı xəstəxanaları gəzirlər ki, kimsə onlara sərf edən şəkildə dünyasını dəyişibsə, bunu hökumətə aid etməklə insanların duyğularını cəlb etsinlər. Onlar tamamilə tamaha düşüblər. Ona görə də bu plan davam edəcək və yalnız böyük xalqımızın bəsirəti ilə dayandırıla bilər.”

İmam cümə xütbəsinin davamında deyib: “Onların bizim əyalətdəki böyük yalanı bir tələbənin ölümü ilə bağlı idi və sonradan  onun kökündən yalan olduğu üzə çıxdı. Təbii ki, bu rüsvayçılıq göstərdi ki, onların digər sözləri də belə yalandır. Bəlkə də (bəzi virtual məkan fəallarının) bəzi hava kanallarını “beytül-kəzb” (yalan evi) adlandırması daha düzgündür. Sanki Mütəal Allah onlar haqqında buyurmuşdur:

«أَرَادُوا بِهِ کَیْدًا فَجَعَلْنَاهُمُ الْأَخْسَرِینَ»

“Onlar (İbrahimə) hiylə qurmaq istədilər, lakin Biz onları daha çox ziyana uğratdıq.”

Onların belə rüsvay olması bizim üçün kifayət deyilmi ki, onlara, xeyirxahlıqlarına və xəbərlərinə etibar etməyək? Rəvayətdə gəlmişdir ki, bütün günahlar bir evdə toplanmışdır və onların açarı yalandır. Yəni yalançıya tabe olmaq bütün günahlara tabe olmaq kimidir. Yalan dinləmək də böyük günahdır. Bəlkə də yalanın özündən böyükdür. Çünki rəvayətdə qeyd olunur ki, qeybət edənə bir günah, qeybəti dinləyənə isə yetmiş günah yazırlar. Yalanla üzüqaralıq arasında birbaşa əlaqə var, həm dünyada, həm də axirətdə. Bu Allahın sözüdür ki, buyurur:

”وَیَوْمَ الْقِیَامَةِ تَرَى الَّذِینَ کَذَبُوا عَلَى اللَّهِ وُجُوهُهُمْ مُسْوَدَّةٌ أَلَیْسَ فِی جَهَنَّمَ مَثْوًى لِلْمُتَکَبِّرِینَ”

“Qiyamət günü Allaha qarşı yalan uydurub söyləyənlərin üzlərini qapqara görərsən. Məgər təkəbbürlülər üçün Cəhənnəmdə yer yoxdur?!”

İftira, şər atmaq və böhtan dinsizliyin sübutudur. Bu işi edənlər rəhm edilmiş ümmətlə məhşərə gəlməyəcəklər. Yəni iftira yalnız dinsiz adamın işidir. Qurani-kərim buyurur:

”إِنَّمَا یَفْتَرِی الْکَذِبَ الَّذِینَ لَا یُؤْمِنُونَ بِآیَاتِ اللَّهِ وَ أُولَئِکَ هُمُ الْکَاذِبُون”

“Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsl yalançıdırlar!”

Ayətullah Amili düşmən medialarının yalanlarının ailələrdə narahatlıq yaratdığını vurğulayaraq deyib: “Onlar bu yalanla biz ərdəbillilərin heysiyyətinə zərbə vurdular, sağlam və sakit mühitimizin dincliyini pozdular, ailələrdə narahatlıq və nigəranlıq yaratdılar. Ona görə də mediaları bu böyük yalanı dərc etmiş ölkələrin məhkəmələrinə şikayət etməliyik. Bu işə Ali Məhkəmənin beynəlxalq bölməsi və Baş Prokurorluq cavabdehdir. Mən böyük Ərdəbil əhalisi adından məhkəmə sistemindən və Xarici İşlər Nazirliyindən bu böyük yalanı yayan kanallara qarşı rəsmi şikayət vermələrini təkidlə xahiş edirəm. Xüsusilə də iki mühüm peyk kanalı iddialarından geri çəkilib və xaos yaradandan sonra indi bu məsələnin təsdiqini tapmadığını və şübhəli olduğunu deyirlər. Bu, bizim üçün yaxşı fürsətdir.”

Xətib əlavə edib: “Ölkələrinin yalanla bağlı qanunları çox sərtdir. Öz məhkəmələrində isə belə pozuntulara göz yummurlar. Mərhum həzrət Seyid Hadi Xosrovşahi deyir: Vatikanda səfir təyin olduqdan sonra yolumu Londondan seçdim. Mən Londona gələndə bir qəzet belə yazmışdı: “Böyük terrorçu ölkəyə daxil oldu”. Gördüm ki, bu yalanı həll etmədən Vatikana getməyin mənası yoxdur, ona görə də şikayət etdim. Məhkəmə həmin qəzeti külli miqdarda cərimələdi və mən həmin pulla İranda özümə ev aldım!

Mən cəmiyyətin bütün təbəqələrindən xahiş edirəm ki, bu məsələni həm virtual aləmdə, həm də məhkəmə sistemi ilə yazışmalar yolu ilə izləsinlər. Biz bu böyük yalana heç bir şəkildə göz yummayacağıq.”

Ərdəbil Əyaləti İctimai Mədəniyyət Şurasının sədri xarici mediaların təsiri altına düşən gənclərə müraciət edərək deyib: “Xarici kanalların təsirinə düşüb yalanlarını qəbul edən bəzi gənclərə bir sualım var. Əgər biri sizin atanızı öldürüb, sonra gəlib desə ki, sənə qurban olum, sənin qulluğundayam, sənin xidmətçinəm, ona nə deyəcəksiz? Onun sözünü qəbul edirsiz, yoxsa onu evdən qovursuz?

Xalqımızın yarısının qatili olan bu qatil indi sizin evinizdədir, onu çıxarın. Ukrayna müharibəsindən sonra Avropada yaşayış xərcləri kəskin şəkildə artıb və bəzi təbəqələr üçün yaşayış çox çətinləşib. İngiltərənin baş naziri bir neçə həftəlik vəzifədə qaldıqdan sonra dünən istefa verdi. Çünki xalqın güzəran problemlərini həll edə bilməyəcəyini anladı. Fransa kimilərin polisi küçələrə çıxarıb xalqı əzməkdən başqa çarəsi yoxdur. Kanadanın baş naziri düzgün adamdırsa, onlara çox yumşaq və hörmətli şəkildə bir xəbərdarlıq etsin. O, hətta bundan da qaçır, amma İranın qarşısında şirə dönüb.”

İmam cümə Avropanın xarici siyasət rəhbərinin çıxışından sitat gətirərək gənclərə müraciət edib: “Əziz gənclərdən xahiş edirəm ki, bir müqayisəyə laqeyd yanaşmasınlar. Avropa İttifaqının xarici siyasət rəhbəri Cozef Borrell bu həftə dedi ki, Avropa bağdır, dünyanın qalan hissəsi isə vəhşi meşədir və vəhşi meşələr gözəl bağlara hücum edirlər. Divar çəkmək bizi qorumur və biz bu meşələrə girməliyik. Çünki meşələrin güclü inkişaf qabiliyyəti var! Bağbanlar hamısı toplanıb meşəni məğlub etmək üçün birləşməlidirlər!

Bunu Allah Rəsulunun (s) dedikləri ilə müqayisə edin. Həzrət buyurur ki, insanlar hamısı Allahın ailəsidir. Yəni insanlar hamısı bir ailədir; müsəlman, xristian, yəhudi, buddist və s. olmasından asılı olmayaraq qardaşdırlar və Allah Özü bu ailənin atasıdır və bu ailənin üzvləri arasında xalqa daha çox xidmət edənləri, insanlar üçün daha faydalı olanları daha çox bəyənir. İndi müasir dünyanın hansı ədəbiyyata və təfəkkürə daha çox ehtiyacı var? İrqçilik, təhqir etmək və heyvanlara bənzətmək təfəkkürü yoxsa qardaşlıq, sülh, dostluq, qarşılıqlı tolerantlıq və əməkdaşlıq təfəkkürü?

“Meşəyə girmək” ifadəsi çox təhlükəli ifadədir və bunun nümunəsi bu günlərdə onların ölkəmizin işlərinə müdaxilə etmələridir.

Sionist rejimi də maneə divarını tikəndə deyirdi ki, biz “israil”i vəhşi heyvanların dişləməsindən qorumaq istəyirik. Deyirdi ki, bezdirici milçəkləri zəhərləyərək öldürmək lazımdır ki, bizi narahat etməsinlər. Şah dövründə İranda işləyən amerikalılar öz hökumətlərindən vəhşilik haqqı alırdılar. Onlar hesab edirdilər ki, vəhşilərlə işləmək ən çətin işlərdən biridir. Kaş ki, Avropa və Amerika öz keçmişlərini unutmasınlar. Afrika Buynuzu bölgəsində qaradərililər Keyptauna çatanda bir dəqiqəlik sükutla yad edirlər. Səbəb budur ki, Afrika avropalıların müstəmləkəsi olduğu dönəmdə işləmək qabiliyyəti olmayan minlərlə qaradərili ayağına daş bağlanaraq dənizin dibinə göndərilirdi.

Avropalılar o vaxt qaradərililəri yoxlayırdılar, faydalı olanların hər birini Avropaya aparırdılar, qalanlarını da onlara yük olmamaq üçün dənizin dibinə göndərirdilər.

Srebrenitsada səkkiz min bosniyalı müsəlman BMT-nin holland agentlərinin gözü qarşısında və həmin agentlərin xəyanəti nəticəsində qətlə yetirildi. Onlar müsəlmanlara deyirdilər ki, əgər siz silahlarınızı serblərə versəniz, sizə dəstək verəcəyik, amma dəstək vermədilər. Serblər müsəlmanların meyitlərindən özlərinə tualet düzəltdilər. Serbarenista hadisəsi müasir dünyanın ən böyük soyqırımıdır.

Bu, bütün avropalı olmayanları vəhşi adlandıranların onlarla və yüzlərlə vəhşiliyindən yalnız iki nümunədir. Təbii ki, bir çox hökumətlərin və millətlərin etirazına görə Cozef Borrel dediyi sözlərə görə üzr istədi, ancaq öz ürək sözünü dedi. “Halbuki Allah gizlətdiyinizi zahirə çıxarandır!”

İndi başa düşməlisiz ki, sizi vəhşi heyvan hesab edənlərlə danışıqlar aparmaq nə qədər çətindir. Xalqımız indi çox yaxşı başa düşür ki, niyə onlarla illərdir aparılan danışıqlar nəticəsiz qalır. Danışıqlarda əsas günahkarın kim olduğunu tam başa düşür. Danışıq masası arxasında bir tərəf özünü üstün insan, digər tərəfi barbar hesab edəndə barbara heç bir hüquq verməz.”

Ərdəbil imam cüməsi ölkənin kadr potensialını məhv etməklə ruhdan düşməməli olduqlarını vurğulayaraq deyib ki, son zamanlar baş verən fitnədə daha çox təqvaya ehtiyacı olan bəzi qələm əhli kiber məkanda məktəb direktorlarına qarşı rəhmsiz davranıblar. Mən burada araşdırma mənbəyinə əsaslanaraq deyirəm ki, bizim məktəblərin direktorları ən təcrübəli və tanınmış direktorlar sırasındadır. Bu qarışıqlıqda onların heç bir günahı yox idi. Dəyərli sərmayələrimizi öz əlimizlə dağıtmayaq və onları ruhdan salmayaq.

Sonda Ayətullah Amili dövlətin mətbuat katibinin etirazçı tələbələr arasında iştirakını təqdir etməklə yanaşı, onun bu hərəkətini siyasi yetkinliyə çatmaq üçün atılan mühüm addım kimi qiymətləndirərək deyib: “Son günlərdə universitetə ​​gələrək tələbələrlə söhbət etdiyinə, onların suallarını, tənqidlərini dinlədiyinə görə hökumət sözçüsünə təşəkkür edirəm. Xüsusən də o, şüarlar səsləndirən etirazçı tələbələrin izdihamında iştirak etdi. Bu, ölkədə dialoq hərəkətinə başlamaq üçün çox yaxşı başlanğıcdır və siyasi yetkinliyə çatmaq üçün mühüm addımdır. Bu sahədə bizim çox uzun yolumuz var. Arzu edirəm ki, digər nazirlər, sistemin yüksək vəzifəli şəxsləri də bu yolu davam etdirsinlər. Yeni nəsil mütləq dialoqu küçəyə çıxmaqdan üstün tutacaq.”

Xətib qeyd edib ki, qərb media imperiyası hər gün təhlükəli zehni düyünlər yaradır və dialoq olmasa və bu düyünlər, suallar yığılsa, təhlükəli həddə çatacaq.

O vurğulayıb ki, Amerika necə bizim namusumuzun müdafiəçisi ola bilər? Halbuki, kapitulyasiya müqaviləsi ilə iranlıların namusunu tapdalayan amerikalılar mühakimə olunmaqdan azad idilər. Amerika dərmana qarşı embarqo qoymaqla iranlılara qarşı ən qəddar cinayəti törədib. İndi də deyir ki, “sizin üçün etibarlı bir nəsihətçiyəm”. Bu, daha çox qətliam etmək üçündür.

Ekspertlər Məclisinin üzvü son hadisələrdə öz işini dürüst və əmanəti qorumaqla həyata keçirən medialara təşəkkür edərək deyib: “Mən qələmin hörmətini, Allahın qələmə andının müqəddəsliyini qoruyan, insanlara düzgün məlumat çatdıran, əmanətdarlıq qaydalarını qoruyan qələm əhlinə səmimi təşəkkürümü bildirirəm. Məlumatı olmadan yazan qələm əhlinə də bir nəsihətim vardır.  Hazırkı dövrdə hər xəbər bir neçə saat ərzində bomba kimi partlayır və minlərlə insan tərəfindən oxunur. Bu günlər keçəcək, amma yalanın, böhtanın, iftiranın, şərin nəticəsi keçməyəcək. “İlahi, ləzzəti ötüb keçən və cəzası qalan günahlardan Sənə sığınıram”. Bir neçə saat ərzində yüz minlərlə, bəlkə də neçə milyon insan sənin böhtan və yalanlarınızı oxuyur. İlahi hesab günü bu qədər qeybətin və böhtanın cəzasını həll etmək olarmı?

Mütəal Allah buyurur:

«وَ تَحْسَبُونَهُ هَیِّنًا وَهُوَ عِنْدَ اللَّهِ عَظِیمٌ»

“Onun əhəmiyyətsiz olduğunu zənn edirdiniz. Halbuki o, Allah dərgahında böyük günahdır.”

Böhtan və iftira sizin dilinizdə yüngüldür, ilahi tərəzidə isə çox ağırdır. Bu günahın sahibi Allahın:

”مَا یُبَدَّلُ الْقَوْلُ لَدَیَّ”

“Mənim hüzurumda söz dəyişdirilməz ” kəlamını eşitdikdən sonra cəhənnəmə getməzdən əvvəl yanacaq. Axirət ili ilə qırx il cəhənnəmdə Allaha yalvararlar, qırx ildən sonra nida gələr:

”إِنَّکُمْ مَاکِثُونَ”

“Siz (bu vəziyyətdə) qalacaqsınız!”

Mütəal Allah buyurur:

”قَالَ اخْسَئُوا فِیهَا وَلَا تُکَلِّمُونِن”

“Allah buyurar: “Zəlil vəziyyətdə orada qalın və Mənimlə danışmayın!”

Bundan sonra cəhənnəm əhli deyər:

«سَوَاءٌ عَلَیْنَا أَجَزِعْنَا أَمْ صَبَرْنَا مَا لَنَا مِنْ مَحِیصٍ»

“İndi ağlayıb-sızlasaq da, səbr etsək də, fərq etməz (əzabdan xilas ola bilmərik). Bizim üçün heç bir sığınacaq yoxdur!”

Virtual məkana daxil olaraq əlinə qələm alan şəxs əlini çox təhlükəli tətiyə qoyub. Əgər bu tətiyi sızdırarsa, bəzən onun zərəri minlərlə top və tankdan daha ağır olar. Bu tətiyi dağıntısı təkcə dünyanın xarab olması deyil, bütün yaxşılıqların boşa getməsidir və sahibi üçün çox dəhşətli və qorxunc bir əbədiyyət yaranır.”

Ayətullah Amili Kanada xarici işlər nazirinin Avropa ölkələrinin xarici işlər nazirləri ilə virtual görüşünə toxunaraq deyib: “Böyük İran xalqına bir sualım var. O da budur ki, Kanadanın xarici işlər naziri İranda iğtişaşların davam etdirilməsi yollarını araşdırmaq üçün kiberməkan vasitəsilə Avropanın 18 xarici işlər naziri ilə görüş keçirdi. İranın zəkalı və bəsirətli xalqından soruşuram: Necə olur ki, hər həftə və hər ay dünyada böyük iğtişaşlar olur, amma onlarla heç bir işləri yoxdur və yalnız İrana təmərküzləniblər. 75 ildir qəsbkar sionist rejim Fələstin xalqını qətliam edir, niyə bu məsələyə həmin həssaslığı göstərmirlər? Təkcə bu il daxil olandan bəri sionist rejim 16-sı günahsız uşaq olmaqla 130-dan çox fələstinlini qətlə yetirib. Bu uşaqların fotosuna baxanda azad və şərəfli insanları iliyinə qədər yandırır. Qəribədir ki, bu qaniçən rejim törətdiyi bu cinayətlərlə açıq-aşkar fəxr edir. Səudiyyə Ərəbistanında bir gündə 80 siyasi müxalifətçinin başı kəsildi. Niyə buna reaksiya vermədilər? Çünki əməli şəkildə deyirlər ki, bizimlə olmayan hər kəs düşmənimizdir və biz düşməni məhv etməliyik.”

İmam cümə vurğulayıb ki, müstəmləkəçi qüvvələrin xalqları axmaq saymaları vaxtı keçib getmişdir, ancaq siz hələ də keçmişdə qalmısınız. Axmaq hesab etmək sahəsində də kimin insanı axmaq hesab etməsi mühümdür. Necə ki, ərəb şair Əbu ət-Tayyib Mütənəbbi deyir:

Əgər naqislikdən məni məzəmmət etsən

Bu mənim mükəmməl olduğumun sübutudur.

Əgər o, (Kanadanın xarici işlər naziri – red.) iddiasının düzgünlüyünü sübuta yetirmək istəyirsə, zəhmət olmasa, bu günlərdə Fransada etirazçılara hücum edən fransız polisi ilə bağlı da oxşar iclas keçirsin.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button