AktualAktualArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Qafqaz məsələləri üzrə ekspert: Hərbi təlimlər ölkənin çəkindirmə gücünün təminatçısıdır – Qafqazın dinamikası sülh və əmin-amanlıqdan asılıdır

 

Qafqaz məsələləri üzrə ekspert İranın bölgədə sülh və təhlükəsizliyin bərqərar olması üzrə təlimlərinin təsirinə toxunaraq deyib: “Bəzi qruplar sionistlərin dəstəyi ilə bölgədə sülh və sabitlik görmək istəmirlər. Buna görə də onlar istənilən yolla regionda müharibə və böhran şəraitini qoruyub saxlamağa cəhd edirlər.”

Qafqaz məsələləri üzrə ekspert Məhəmmədrza Kəffaş “Səbəlane-Ma” saytına müsahibəsində Qafqaz bölgəsinin İran İslam Respublikası üçün müxtəlif aspektlərdən əhəmiyyətini izah edərək deyib: “İran regionun tarazlığında, o cümlədən regionda müxtəlif aspektlərdə sabitliyin, təhlükəsizliyin bərqərar edilməsi və güc balansının qorunmasında mühüm və effektiv rol oynayır. Çünki ölkəmiz şimal-qərb regionunun sərhədləri vasitəsilə Qafqazın mühüm geosiyasi regionu və iki qonşu ölkə ilə həmsərhəddir.”

İranın Astaraçaydan Bazarqana qədər Azərbaycan və Ermənistanla həmsərhəd olduğunu bildirən ekspert bu iki ölkənin Qarabağ bölgəsi ilə bağlı fikir ayrılıqlarına görə tarixlərinin ən həssas dövrünü yaşadığını deyib.

 

İran Azərbaycan Respublikası xalqının himayədarıdır

Qafqaz regionunu gərgin və ziddiyyətli bölgə adlandıran Kəffaş qeyd edib ki, son üç onillikdə (Sovet İttifaqının parçalanmasından sonra) bu mühüm regionda müxtəlif münaqişələr və müharibələr baş verib. Bu arada Qarabağ bölgəsi ilə bağlı müharibələr digər müharibələrdən daha önəmli olub.

O, İran İslam Respublikasının sərhədləri yaxınlığında Ermənistan və Azərbaycan Respublikası arasında iki genişmiqyaslı müharibənin baş verdiyinə toxunaraq deyib: “90-cı illərin əvvəllərində baş verən birinci müharibə siyasi sərhədlərin ardıcıl dəyişməsinə, Qarabağ bölgəsi və ətraf şəhərlərin ermənilər tərəfindən işğalına səbəb oldu və 1994-cü ildə Azərbaycan Respublikasının məğlubiyyəti, Ermənistan və Qarabağın erməni separatçılarının qələbəsi ilə başa çatdı. Minsk Qrupu çərçivəsində aparılan siyasi danışıqların nəticəsiz qalmasından sonra 2020-ci ilin payızında ikinci Qarabağ müharibəsi yenidən başladı. Bu dəfə Azərbaycan Respublikası Qarabağın mühüm hissələrini və Qarabağ ətrafındakı işğal altında olan yeddi şəhərin hamısını azad etməyə nail oldu və qələbə qazandı.”

Ekspert regionun təhlükəsizliyinin qonşuluq və müsəlman ölkəsi ilə xristian ölkəsi arasında baş verən müharibə səbəbindən həssaslığına, maraqlarımızı və milli təhlükəsizliyimizi qorumağın vacib olduğuna toxunaraq deyib: “Bu səbəbdən İran regionun tarazlıqlarında, o cümlədən sabitliyin, təhlükəsizliyin bərqərar olması və müxtəlif aspektlərdən güc balansının qorunmasında mühüm və təsirli rol oynayıb.”

Kəffaş müsahibəsinin digər hissəsində İran İslam Respublikasının Azərbaycan Respublikası qarşısındakı bəzi xidmətlərini açıqlayaraq deyib: “Birinci Qarabağ müharibəsində İran Azərbaycan hökumətinin xahişi ilə bu ölkəyə çoxlu həyati əhəmiyyətli yardımlar göstərdi. Silah yardımı, hərbi müşavirlərin göndərilməsi, Azərbaycan Respublikası döyüşçülərinə hərbi təlim keçmək və Qarabağ münaqişəsindən qaçan azərbaycanlı qaçqın və köçkünlər üçün düşərgələrin yaradılması İranın dəyərli fəaliyyətlərinin yalnız bir hissəsidir. Bunun sənədləri mövcuddur və bəzi sənədləri həmin dövrə aid mətbuatda və nəşriyyatda da öz əksini tapıb.”

Kəffaş həmçinin İranın beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasına və onun məzlum xalqına siyasi və diplomatik dəstəyinə işarə edərək deyib ki, İran İslam Respublikası Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş rayonlarının azad edilməsi istiqamətində beş qətnaməsini müşayiət edib, işğal altında olan bütün ərazilərin azad edilməsinin zəruriliyini həmişə vurğulayıb, belə ki, indi də Qarabağ bölgəsinin 50%-ə yaxın ərazisi ermənilərin işğalında qaldığı üçün həmin ərazilərin də azad edilməsinin vacibliyini və Azərbaycan Respublikasının ərazi bütövlüyünün dəstəklənməsi siyasətini davam etdirir. İranın bu prinsipial siyasəti İnqilabın Ali Rəhbərinin iki il əvvəl rəbiül-əvvəl ayının 17-də verdiyi bəyanatlarda aydın şəkildə əksini tapıb.

Qafqaz regionu məsələləri üzrə ekspert İran hökumətinin Azərbaycan Respublikasına dəstək fəaliyyətini mediada yetərincə işıqlandırmadığını təəssüflə qeyd edərək deyib ki, ictimai rəyin və Azərbaycan Respublikası xalqının yeni nəslinin İranın bu ölkəyə göstərdiyi dəstək tədbirləri haqqında kifayət qədər məlumata malik olmamasının səbəbi də elə budur. Əlavə olaraq onu da qeyd edək ki, Azərbaycan hökuməti və anti-İran dairələri faktların əksinə olaraq heç vaxt İranın bu ölkəyə yardımını açıq-aydın dilə gətirməyiblər, hətta bu ölkənin mediası da İrana qarşı uydurma ittihamlar səsləndirməyə başlayıb. Ona görə də bugün İran və Azərbaycan xalqını bu haqda məlumatlandırmaq lazımdır.

İranın ikinci Qarabağ müharibəsində siyasətlərinə toxunan Kəffaş deyib: “İkinci müharibədə də İran Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad edilməsinə əsaslanan prinsipial siyasətinə bir daha təkid etdi, Qarabağ bölgəsinin və onun ətraf rayonlarının tam azad edilməsinə siyasi dəstək verdi.”

O, anti-İran dairələrinin iddialarına, ikinci Qarabağ müharibəsindən sonrakı dövrdə yaranan hadisələrə və gərginliyə toxunaraq deyib ki, tamahkarlıq və iddialar bütövlükdə mövcud gərginliyin səviyyəsini artırır və İran İslam Respublikasının təhlükəsizliyinə təsir göstərib.

 

Bəzi qruplar sionistlərin dəstəyi ilə regionda sülh və əmin-amanlığa mane olur

Qafqaz məsələləri üzrə ekspert deyib: “Konkret olaraq, Azərbaycan hakimiyyətinə yaxın pantürklərin, hətta hakimiyyətin özünün yalan iddiaları və tamahkarlığı (Ermənistanın Sünik vilayətini ələ keçirmək və orada Zəngəzur dəhlizinin yaradılması, belə ki, Ermənistanın öz ərazisi üzərində nəzarət edə bilməməsi və hansısa formada İran və Ermənistan arasında ümumi sərhədlərin aradan qaldırılmasına gətirib çıxarmaq), hansı ki, 9 noyabr 2020-ci il tarixli üçtərəfli atəşkəs razılaşmasından kənar sayılır – Qarabağ münaqişəsinin iki tərəfini və bütün regionu münaqişə və siyasi gərginliyə doğru aparmışdır. Belə ki, bölgənin tanınmış siyasi və geosiyasi sərhədlərinin dəyişdirilməsi şübhəsi yaranır. Bu məsələlərin qəbuledilməz olduğu aydındır.”

Türkiyə və pantürkistlərin sionist rejimlə birlikdə münaqişə alovlandırdığını qeyd edən ekspert deyib ki, bu qruplar və ölkələr qeyri-qanuni məqsəd və maraqlarına görə bölgədə sülh və sabitlik yaranmasını istəmirlər. Buna görə də istənilən yolla regionda müharibə və böhran şəraitini saxlamağa çalışırlar.

Kəffaş İran İslam Respublikasının bölgədəki yüksək imkanları və üstün qüdrətinə işarə edərək deyib: “Şübhəsiz ki, İran İslam Respublikası bu şərtlərə və uydurma iddialara dözməyəcək, beynəlxalq qayda-qanunlara əsaslanan öz prinsipləri və siyasətinə uyğun olaraq fəaliyyət göstərəcək, beynəlxalq sərhədlərin pozulmasına, qonşu ölkələrin suverenliyinin şübhə altına alınmasına imkan verməyəcək. Bu səbəbdən də regionun bugünkü şəraiti İran İslam Respublikasından bölgədəki istənilən böhrana hazırlaşmağı tələb edir.”

Ekspert hərbi təlimlərin keçirilməsini hər bir ölkənin döyüş hazırlığını qorumaq və artırmaq, müdafiə qabiliyyətini yüksək səviyyəyə çatdırmaq yollarından biri hesab edərək deyib: “İranın 15 ölkə ilə quru və dənizdə ortaq sərhədi vardır, bütün bölgələrində və sərhədlərində çoxsaylı hərbi manevrlər keçirir və bu da normal məsələdir və silahlı qüvvələrin illik proqramları çərçivəsindədir.”

O, həmçinin hərbi təlimlərin keçirilməsini çəkindirmə gücünü artırmağın yollarından biri adlandırıb, şimal-qərb və Araz ümumi ərazisində son və keçən ilki təlimi bu istiqamətdə fəaliyyət kimi qiymətləndirib.

Ekspert deyib: “Regionda sabit və yekun sülh və təhlükəsizliyin bərqərar olması İran İslam Respublikasının əsas məqsədidir, regional təşəbbüslər və mexanizmləri, region ölkələrinin əməkdaşlığı və qaşılıqlı yardımı vurğulayır. Buna görə də regionda münaqişə və böhranların həlli üçün regiondan kənar aktorların, xüsusilə sionist rejimin cəlb edilməsini zərərli və qeyri-konstruktiv hesab edir və bunu məsələləri uzatmaq və mürəkkəbləşdirmək amili sayır.”

O qeyd edib ki, Qarabağ müharibəsi son 30 ildə regionun iqtisadiyyatına birbaşa təsir göstərib və tikinti işləri dayandırılıb. Məsələn, birinci Qarabağ müharibəsi zamanı sərhəd terminalları, xüsusən də Culfada rabitə və nəqliyyat mehvərlərinin bağlanması səbəbindən ciddi tənəzzül yaşandı və bu, şimal-qərb bölgəsinin, hətta bütün ölkənin iqtisadiyyatına təsir etdi.

 

Qafqazın dinamikası sülh və əmin-amanlıqdan asılıdır

Kəffaş əlavə edib: “Məhz sülh və əmin-amanlıq şəraitində Qafqazın geosiyasi regionu dinamik və məhsuldar ola bilər. Bu baxımdan, yolların və kommunikasiya oxlarının beynəlxalq standartlara və hökumətlərin suverenliyinə hörmətlə yanaşma prinsipinə uyğun olaraq yenidən açılması regionun inkişaf və rifahı üçün şəraiti təmin edə bilər.”

O, açıqlamasının sonunda Qafqaz regionunun iqtisadi və ticarət aspektini də xatırladaraq Qafqaz regionunun əhəmiyyətinin təhlükəsizlik, hərbi və siyasi aspektlərlə yanaşı, kommersiya və iqtisadi, tranzit və nəqliyyat aspektlərindən də mühüm olduğunu bildirib.

 

Sərhəd terminallarında İranın infrastrukturunun tamamlanmasının vacibliyi

Ekspert Sovet İttifaqının dağılmasından sonra İranın geosiyasi mövqeyinin dəyişməsinə işarə edərək deyib: “Hazırda İranın coğrafi sərhədləri ölkənin şimalında Sərxs bölgəsindəki şimal-şərq sərhədindən Bazarqandakı şimal-qərb sərhəddinə qədər ölkəmizin şimaldakı tarixi bölgələrinə (Orta Asiya, Qafqaz və Avrasiya) açıqdır və yeni imkanlar yaratmışdır. Belə ki, Sərxas, İnçəburun, Türkman, Əmirabad, Noşəhr, Ənzəli və Astara limanları, Biləsuvar, Nurduz, Meğri və Culfanın terminallarının kommunikasiya marşrutları və infrastrukturları tamamlanarsa, ölkəmizi üstün və əla mövqeyə qoyacaqdır.”

 

İranın iqtisadi vəziyyətinin yaxşılaşmasında Avrasiya İqtisadi Birliyinin rolu

Ölkəmizin şimal-qərb bölgəsindəki hər bir nəqliyyat oxlarının və sərhəd terminallarının əhəmiyyətinə və mövqeyinə işarə edən Kəffaş Ermənistanın terminal və sərhədlərini də çox vacib qiymətləndirərək deyib ki, Nurduz və Meğri terminalları ölkəmizin xarici ticarəti üçün əlverişli marşrutlardan biridir. Çünki bu terminallar vasitəsilə biz Gürcüstan, Qara dəniz ölkələri, o cümlədən Ukrayna, Rumıniya, Bolqarıstan və digər Avropa ölkələri ilə asanlıqla ticarət edə bilərik. Ermənistanın kommunikasiya marşrutlarının bizim üçün böyük üstünlüyü ondan ibarətdir ki, biz Avrasiya İqtisadi Birliyinə üzv olan 5 ölkə ilə birbaşa və quru yolla ticarət edə bilərik. Ermənistan bu birliyin yeganə üzvüdür ki, ölkəmizlə quru sərhədi var. Ona görə də biz başa düşürük ki, Ermənistan İranın Avrasiya İqtisadi Birliyinə daxil olması üçün platforma və qapıdır.

O, Avrasiya İqtisadi Birliyinin əhəmiyyətinə toxunaraq deyib: “Dünyada ümumi daxili məhsul təxminən 90 trilyon dollar olduğu halda, 2 trilyon dollarlıq ümumi daxili məhsula malik Avrasiya İqtisadi Birliyi İranın iqtisadi vəziyyətinin yaxşılaşmasına kömək edə bilər. Həmçinin 190 milyona yaxın əhalisi və 20 milyon kvadrat kilometr ərazisi olan bu birlik düşmənlərin sanksiyalarını zərərsizləşdirmək üçün yaxşı imkanlara malikdir.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button