AktualAktualArxivXəbər lentiXəbərlər

“Səfəvilər dövründə aşıq ədəbiyyatı” Mühəqqiq Ərdəbili Universitetində araşdırıldı

“Səfəvilər dövründə aşıq ədəbiyyatı”nın araşdırılması mövzusunda elmi konfrans M. Ərdəbili Universitetinin “Şeyx Səfiyəddin Ərdəbili” ixtisas üzrə kitabxanasında keçirildi.
Qafqaz Mədəniyyət Mərkəzi – Bu gün Mühəqqiq Ərdəbili Universitetində “Səfəvilər dövründə aşıq ədəbiyyatı” adlı elmi-ixtisaslı konfrans keçirilib. Səfəvilər dövründə aşıq yaradıcılığı və ədəbiyyatının araşdırılmasına həsr edilmiş konfrans universiterin “Şeyx Səfiyəddin Ərdəbili” adına ixtisas üzrə kitabxanasında baş tutdu.
M. Ərdəbili Universitetinin Tarix fakültəsinin elmi heyətinin üzvü Səccad Hüseyni konfrasda dedi: “Aşıq ədəbiyyatı Azərbaycanın xalq ədəbiyyatının bir hissəsidir. Beləliklə, türkmən, gürcü, erməni və digər xalqlara aid bir sıra dastanlar da bu ədəbiyyata daxildir”.
S. Hüseyni vurğuladı ki, aşıq ədəbiyyatı İslamdan sonra özünə islami rəng almışdır və bu günə kimi yaşamaqdadır. Monqollar dövründə sufiliyə meyillənən aşıq ədəbiyyatı Səfəvilər dövründə səfəvilərin inancları ilə rövnəqləndi.
Elmi heyətin üzvü əlavə etdi: “Səfəvilər dövründə aşıq ədəbiyyatı daha çox genişləndi. Belə ki, bu ədəbiyyatın zirvələrinə yüksələn Aşıq Qurbani və Aşıq Abbas kimi aşıqlar həmin dövrdə zühur etmişlər. Şah İsmayıl və Şah Abbas kimi bir çox siyasi şəxsiyyətlər aşıq dastanlarına daxil oldular və bu dastanların çoxu Səfəvilər dövrünə aid həyatı bəyan edir”.
Konfransın davamında Aşıq Qurbani, Aşıq Abbas, Xəstə Qasım kimi aşıq ədəbiyyatı və yaradıcılığının böyük şəxsiyyətlərinin tanıdılması ilə yanaşı onların Şeyx Səfiyəddin Ərdəbili, Şah İsmayıl Səfəvi və Şah Abbas Səfəvi ilə əlaqələri açıqlandı.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button