ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Rusiyanın “texniki səhv olub” deməsinə heç kəs inanmır

 Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Rusiyanın ticarət sahəsində vahid informasiya sisteminin rəsmi internet səhifəsində sülhməramlıların təminatı ilə əlaqədar tender elanı ilə bağlı yerləşdirilmiş məlumatda qondarma “Dağlıq Qarabağ Respublikası” qeyd olunması məsələsinə münasibət bildirib.

XİN-nin Mətbuat Xidməti İdarəsindən verilən məlumata görə, bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi etirazını diplomatik kanallarla dərhal Rusiya tərəfinə çatdırmışdır:

Leyla Abdullayeva deyib ki, bu kimi yanlış məlumatların iki ölkə arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin ruhuna cavab vermədiyi qarşı tərəfin diqqətinə çatdırılıb. Qarşı tərəf isə öz növbəsində məsələnin texniki səhv olduğunu qeyd edib və aradan qaldırılması üçün müvafiq addımların atılacağını, habelə bu kimi məsələlərə gələcəkdə diqqətlə yanaşılacağını ifadə edib.

Xatırladaq ki, Rusiyanın Müdafiə Nazirliyi sülhməramlıların təminatı üçün tender elan edib və bu zaman ərazi olaraq Azərbaycan deyil, qondarma “Dağlıq Qarabağ Respublikası” göstərilib. Əvvəllər də dəfələrlə Rusiyanın Müdafiə Nazirliyi rəsmi sənədlərdə qondarma “Dağlıq Qarabağ Respublikası”nın rus variantından istifadə edib.

Bəzi müşahidəçilərin fikrincə, Rusiya sülhməramlı qüvvələrinin mandat müddəti 10 noyabr 2020-ci ilə bəyanatına əsasən, 5 illiyə müəyyən edilib. Bununla belə, Rusiya Azərbaycan ərazilərində daha çox qalmaq üçün zəmin hazırlamağa can atır və bu üzdən də orada yaşayan əhalinin Azərbaycana inteqrasiyasını əngəlləyən təxribatlara əl atır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button