ArxivFatimi yaşayişIslammədəniyyatQadin və hicabSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Övladın ictimai şəxsiyyətinə diqqət

Həyat yolu 17

İnsanların psixoloji problemlərinin bir çoxunun kökündə onların uşaq vaxtında ailədəki tərbiyəsi dayanır.

Övladın şəxsiyyət problemlərinin qarşısının alınmasında ananın rolu atanın rolundan daha rənglidir. Ana öz övladına şəxsiyyət verməklə və onu düzgün ictimai tərbiyə etməklə bir çox ictimai problemləri aradan qaldıra bilər.

Həzrət Zəhra (ə) tərbiyə üslubunda bu önəmli məsələyə çox diqqət yetirirdi.

Ayə

«یَا بُنَیَّ…وَاقْصِدْ فِی مَشْیِکَ وَاغْضُضْ مِن صَوْتِکَ إِنَّ أَنکَرَ الْأَصْوَاتِ لَصَوْتُ الْحَمِیرِ»

“Yerişində müvazinət gözlə və (danışanda) səsini qaldırma. Çünki ən çirkin səs uzunqulaq səsidir!”

(“Loğman” surəsi, ayə 19)

Hədis

قالَ على ) ع) « لاتَقسِروا أَولادَكُم عَلى آدابِكُم فَإنَّهُم مَخلوقونَ لِزَمانٍ غَيرِ زَمانِكُم 

İmam Əli (ə) buyurub: “Öz adət-ənənələrinizi övladlarınıza zorla qəbul etdirməyin. Çünki onlar sizin zamandan ayrı bir zaman üçün yaradılıblar.”

(İbn Əbul-Hədid “Şərhu Nəhcul-bəlağə”, c. 20, səh. 267)

Ənənə

Xanım Zəhranın (ə) və İmam Əlinin öz övladlarına ad qoymağa necə həssas yanaşdıqlarını gördükdə, adın nə qədər mühüm olduğunu başa düşdüm.

– Gözlərin aydın mənim Zəhram. Bizə sağlam və gözəl üzlü bir övlad hədiyyə etdiyi üçün Allaha çox şükürlər olsun. İndi onun üçün bir ad seç.

– Əlican, özün bilərsən ki, mən heç bir işdə səndən irəli keçməmişəm və keçməyəcəm də. İstəyirəm, övladımız üçün özün bir ad seçəsən.

– Mən də indiyə kimi heç bir işdə Allahın rəsulundan (s) irəli keçməmişəm.

Onlar Allahın rəsulundan (s) istədilər ki, təzə dünyaya gəlmiş körpəyə ad qoysun. Peyğəmbər (s) də Allahdan o mübarək övlad üçün gözəl ad istədi. Nəhayət, onun adını Həsən (ə) qoydular.

(“Biharul-ənvar”, c. 43, səh. 238)

Hekayə

Anamın gözlərindən axan yaş ürəyimi çox sıxırdı. Heç vaxt anamı narahat görmək istəmirəm.

Məktəbin direktoru anama demişdi ki, məktəbdə yer dolub və təzə gəlmiş uşaqları qəbul etmirik. Siz oğlunuzun adını evinizə yaxın olan məktəblərin birində yazdırın.

Qəhər anamın boğazını tutan halda dedi: – Oğlumun savadsız qalmasına razıyam, amma necə tərbiyə verəcəyi məlum olmayan məktəbə getməsinə yox.

Anam bərk təkid edirdi ki, o məktəbin mühiti yaxşı deyil və mənim tərbiyəmi o məktəbə tapşıra bilməz. Direktor anamın bu həssaslığından heyrətə gəlmişdi. Sükutu ilə çarə yolu axtarırdı. Nəhayət, telefonun dəstəyini qaldırıb tərbiyə mühiti daha yaxşı olan bir məktəbdən xahiş etdi ki, mənim adımı o məktəbə yazsınlar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button