ArxivXəbər lentiXəbərlər

Rusiyanın Şimali Qafqaz federal dairəsindən 3 min nəfər İŞİD-ə qoşulub Böyüt

Üç minədək şəxs Rusiyanın Şimali Qafqaz federal dairəsindən İŞİD terror qruplaşmasına  qoşulmaq məqsədi ilə ölkəni tərk edib.  APA-nın “RİA Novosti”yə istnadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin Şimali Qafqaz federal dairəsindəki səlahiyyətli nümayəndəsi Sergey Məlikov bildirib.

Onun sözlərinə görə, hazırda Şimali Qafqaz federal dairəsindən 3 minədək  sakin İŞİD sıralarında döyüşür: “Əgər biz əvvəl yalnız Yaxın Şərqdən danışırdıqsa, indi söhbət artıq digər bölgələrdən də gedir. Təəssüf ki, İŞİD-in fəaliyyəti yeni ölkələrə yayılmaqda davam edir.   

Rusiya prezidentinin Şimali Qafqaz federal dairəsindəki səlahiyyətli nümayəndəsi qeyd edib ki,  hərbi əməliyyatların keçirildiyi ərazilərdən geri qayıdan insanlar əksər hallarda torpaqları şumlamağa yox, “İslam dəyərlərini” qorumaq üçün qayıtdıqlarını iddia edirlər.    

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button