ArxivXəbər lentiXəbərlər

Rusiyadan İrana lüks turist qatarı gedəcək

Rusiya dəmir yolları noyabrın 11-də Moskvadan İrana lüks turist qatarı göndərəcək.

Maide.Az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Moskvadan Tehrana gedəcək turun qiyməti adam başına təxminən 20 min avro təşkil edir. Bu səyahətə müxtəlif ölkələrdən o cümlədən Böyük Britaniya, İspaniya, ABŞ, Avstraliya, Kanada, CAR və digər ölkələrin 40 turist qatılacaq.

Səyahət 18 gün davam edəcək. “Qızıl qartal” adlı heyət Rusiyanın Kazan vağzalından yola düşəcək və Qazaxıstan, Özbəkistan və Türkmənistan ərazisindən keçəcək. Tur çərçivəsində Qazaxıstanın Baykonur aerokosmik stansiyasını görmək mümkün olacaq.

Səfər Tehranda başa çatacaq. İran paytaxtında turistlər beşulduzlu otellərdə iki gecə qalacaqlar.

Qeyd edək ki, 2017-ci il üçün iki Moskva və Tehran arasında iki tur təşkil olunacaq. Mart ayında qatar Moskvadan Tehrana gedəcək, noyabr ayında isə Tehrandan Moskvaya hərəkət edəcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button