ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Rusiyada terror aktları törətməyi planlaşdıran 19 ekstremist həbs edilib

Şimali Qafqaz regionunda diversiya və terror aktları törətməyi planlaşdıran 19 islamçı ekstremist saxlanılıb.

APA-nın Moskva müxbirinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzinə istinadən verdiyi məlumata görə, Rusiyada qadağan olunmuş “ət-Təkfir val-Hicrə” təşkilatının regionlararası ekstremist fəaliyyətinin qarşısı alınıb.

Bildirilib ki, fevral ayında Qaraçay-Çərkəz Respublikasında, Krımda, Krasnodar dairəsində və Rostov vilayətində 19 nəfər saxlanılıb, onlar təkfirçilik ideologiyasının təbliğatından əlavə, Şimali Qafqaz ərazisində diversiya və terror aktları törətməyi planlaşdırıblar.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. Saxlanılan şəxslər barəsində həbs-qətimkan tədbiri seçilib.

qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button