ArxivXəbər lentiXəbərlər

Rusiyada həbsxanada “bunt” və yanğın – VİDEO

Rusiyanın İrkutsk vilayəti, Anqarsk şəhərində yerləşən və aprelin 9-da məhkumların bir işçiyə hücum edərək iğtişaşlar törətdiyi cəzaçəkmə müəssisəsində yanğın baş verib.

Bu barədə “TASS”-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

“İlkin məlumatlara görə, yanğın qəsdən törədilib. Müəssisənin binalarından biri yanğına məruz qalıb”, – deyə agentliyin mənbəyi bildirib. Onun sözlərinə görə, cümə günü gecə cəzaçəkmə müəssisəsində iğtişaşlar olub, bu müddətdə məhkumlar yanğın törədiblər. Yanğının söndürülməsi üçün işlər görülür.

Bildirilir ki, hazırda yanğın üç binanı əhatə edib. Orada ağac emalı sexlərinin yerləşdiyi deyilir. Ancaq yaşayış komalarına yanğın keçməyib. Yanğının təxminən 30 min kv/m sahəni əhatə etdiyi deyilir.

Hüquq müdafiəçisi Pavel Qluşçenko “TASS”-a bildirib ki, müəssisədə hazırda səngiyib. Bütün giriş yolları bağlanıb. Hüquq müdafiəçisi məhbuslar arasında ağır yaralıların olduğunu da bildirib.(apa)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button