ArxivXəbər lentiXəbərlər

Rusiya XİN-in rəsmi bəyanatı: “Məmmədyarov, Lavrov və Nalbəndyan aprelin 28-də görüşəcək”

Rusiya XİN bu dəqiqələrdə rəsmi bəyanatla çıxış edərək Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirinin Moskvada bundan əvvəl anons edilmiş görüşünün baş tutacağını elan edib.

Virtualaz.org xəbər verir ki, Rusiya XİN-in bəyanatında deyilir: “Rusiya xarici işlər naziri Sergey Lavrov, Azərbaycan xarici işlər naziri E.Məmmədyarov və Ermənistan xarici işlər naziri E.Nalbəndyan aprelin 28-də Moskvada Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına həsr olunmuş görüş keçirəcəklər”.

Xatırladaq ki, bundan əvvəl erməni mənbələri Nalbəndyanın Moskvaya getməkdən imtina etdiyini yazmışdı.

* * *11:08

Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Moskvada sabah aprelin 27-də gözlənilən və Bakıdan anons edilən görüşü baş tutmayacaq.

Virtualaz.org xəbər verir ki, Ermənistan tərəfi belə görüş üçün rəsmi razılıq olmadığını bildirib. “Qraparak” qəzetnin yazdığına görə xarici işlər naziri Edvard Nalbəndyan Moskvaya getmək niyyətində deyil.

Xatırladaq ki, nazirlərin Moskvada görüşünün baş tutacağına dair Azərbaycanın xəbər agentliklərindən biri “Rusiya diplomatik qaynaqlarına istinadən” xəbər yaymışdı. Lakin dərhal Ermənistan xarici işlər naziri jurnalistlərə bildirdi ki, hansısa görüş barədə razılıq əldə olunursa bu, hər iki tərəfdən rəsmən bildirilir. İndi isə Nalbəndyan belə razılığın olmadığına eyham edib.

Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında üçtərəfli görüşün təşkili təşəbbüsü Moskvadan gəlib. Ən azından ötən ay Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Moskvada rusiyalı həmkarı ilə görüşdən sonra demişdi ki, Lavrov belə görüşün baş tutması təşəbbüsünü dəstəkləyir. Erməni tərəfi isə bu məsələnin üstündən sükutla keçməyə üstünlük verib.

Ümumiyyətlə son vaxtlar Ermənistan bir neçə dəfə Qarabağa dair müzakirələrdən yayınıb və faktiki olaraq danışıqlar prosesini dayandırıb.

Üçtərəfli görüş olmasa da Azərbaycan xarici işlər nazirinin sabah Moskvaya gedəcəyini erməni mənbələri də təsdiqləyir.

Virtualaz.org

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button