ArxivXəbər lentiXəbərlər

“Rusiya və İslam dünyası” 5-ci müştərək konfrans

“Rusiya və İslam dünyası” 5-ci strateji perspektiv müştərək konfransı Moskvada işə başladı.

“Rusiya və İslam dünyası” 5-ci strateji perspektiv müştərək konfransı ötən gün Əyad Əmin Mədəni – İslami Həmkarlıq Təşkilatı rəisi, Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovun və İslami məzhəblərin yaxınlaşması dünya birliyinin baş katibi Ayətullah Ərakininiştirakı ilə Moskvada işə başladı.

Sergey Lavrov – Rusiyanın Xarici İşlər Naziri, bu konfransın açılış mərasimində ölkəsinin İslam dünyası ilə əlaqələrinin əhəmiyyəti, bu əlaqələrin gücləndirilməsi və genişləndirilməsinin zəruriliyindən danışdı və ifratçı və radikal dini qrupların müxtəlif cəhətlərdə təhdidlərinə işarə etdi.

Lavrov dedi: Rusiya bu ölkədə 25 milyondan çox müsəlman yaşadığı üçün digər İslami ölkələr kimi terrorizm və radikalizmlə mübarizəyə əhəmiyyət verir.

Lavrov bu mərasimdə ölkə prezidenti Vladimir Putinin konfrans iştirakçılarına “xoşgəldiniz” məktubunu və konfransdakı fəaliyyətlərinə görə təşəkkürünü çatdıraraq dedi: Moskva bu konfransda təsdiq olunan qərarların icarsında hazırdır.

Lavrov ölkəsinin İslam dünyası ilə əlaqələrinin əhəmiyyəti, bu əlaqələrin siyasi, iqtisadi, mədəni, ictimai və dini zəminələrdə gücləndirilməsi və genişləndirilməsinin zəruriliyindən danışdı və ifratçı və radikal dini qrupların müxtəlif cəhətlərdə təhdidlərinə işarə etdi.

Ravil Eynuddin – Rusiya Müftilər Şurasının rəisi, bu mərasimdə çıxışı zamanı dedi: İŞİD terroristləri İslam ümməti və bəşəriyyət üçün böyük təhlükədir. Şadıq ki, İŞİD əleyhinə Rusiyanın məzhəblər şurası da qətnamə yazıb və onlarla mübarizə üçün fətva veribdir.

Ravil Eynuddin əlavə etdi: Biz beynəlxalq qanunlar çərçivəsində Fələstin dövlətinin də qurulmasını və müstəqilliyini tələb edirik.

O, Yəmən hadisələrinə də işarə edərək dedi: Biz, siyasi macərçılıq və sünni-şiə təfriqəçiliyinin qurbanı olan yəmənlilərin də qətliam olunmasından çox narazıyıq. Yəməndə sülh və təhlükəsizliyin bərpasını tələb edirik.

Bu konfransda 27 ölkədən, o cümlədən İran, Türkiyə, Livan, Suriya, Əlcəzair, Əfqanistan, Misr, Banqladeş, Albaniya, İndoneziya, İraq, Qırğızıstan, Qətər, Qazaxıstan və s… ölkələrdən nümayəndələr iştirak edirdilər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button