ArxivXəbər lentiXəbərlər

Rusiya və Ermənistan XİN başçıları Qarabağı müzakirə etdilər

Ermənistan və Rusiya xarici işlər nazirləri – Edvard NalbandyanSergey Lavrov Vyanada ATƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının plenar iclası çərçivəsində ikitərəfli münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələləri müzakirə ediblər.

qafqaz.ir Oxu.Az -yə istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-in Mətbuat xidməti məlumat yayıb.

“Görüş zamanı xarici işlər nazirləri Ermənistan-Rusiya münasibətlərinin mövcud vəziyyəti, iki dövlət başçısının əldə etdiyi razılaşmaların həyata keçirilməsi və ATƏT-in fəaliyyətinin müxtəlif sahələri ilə bağlı fikir mübadiləsi aparıblar”, – Ermənistan XİN-in saytında bildirilir.

Mətbuat xidmətinin məlumatına görə, nazirlər həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesini nəzərdən keçiriblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button