ArxivXəbərlər

Rusiya üçün ən böyük təhlükə Qafqazdır

“Rusiya anlayır ki, onun ərazi bütövlüyü üçün ciddi təhlükə Şimali Qafqazdan gələ bilər”. Bu sözləri açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.

O, Qafqaz Nazirliyinin yaranmasına əsas səbəbin Moskvanın bölgə siyasətinin puça çıxması ilə bağlı olduğunu bildirib: “Unutmaq lazım deyil ki, Şimali və Cənubi Qafqaz tarixən bir-birinə bağlı regionlardır. Çar imperiyası və Sovet dövründə onların çox sıx iqtisadi, insani, mədəni və sairə əlaqələri olub. Bunları heç kəs kəsməyib və indi də digər hüquqi qiyafədə mövcuddur. Rusiyanın Şimali Qafqaz Nazirliyini yaratması səbəbinə gəlincə isə bu, Moskvanın bölgə siyasətinin puça çıxması ilə bağlıdır. Şimali Qafqaz üçün ayrılan pullar buranın inzibati ərazi vahidlərinin hakimləri tərəfindən mənimsənilib. Bölgədə ictimai, dini münaqişələr mövcuddur və getdikcə kəskinləşir. Rusiya anlayır ki, onun ərazi bütövlüyü üçün ciddi təhlükə Şimali Qafqazdan gələ bilər. Ona görə də bu nazirliyi Baş nazirin keçmiş müavini Xloponinə veriblər. Hər halda düşünürlər ki, bununla Şimali Qafqazda arzulanmaz istiqamətdə gedən hadisələri nəzarətdə saxlayacaqlar”.

Qeyd edək ki, bir müddət öncə Rusiyada Şimali Qafqaz Nazirliyi yaradılmışdı./ictimaipalatka/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button