Dünən Ərdəbildə “Qarabağ münaqişəsi; zəminələr, səbəblər və nəticələr” Konfransına 3-cü hazırlıq toplantısı keçirilib.
Qafqaz Həqiqətləri xəbər verir ki, toplantıda çıxış edən Ərdəbil Əyaləti üzrə İslam Təbliğatı İdarəsinin müdiri höccətül-islam Cəfərzadə Qarabağ şəhidlərinin uca məqamını yad edib, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad edilməsində əsas amilin dini oyaqlıq və bu ölkənin müsəlman xaqının ayağa qalxması olduğunu deyib.
Cəfərzadə çıxışının davamında birinci və ikinci Qarabağ müharibələrində İran İslam Respulikasının müsəlman Azərbaycan Respublikası xalqından heç bir köməyi əsirgəmədiyini diqqətə çatdıraraq deyib: “İranın Azərbaycan Respublikasına dəstəkləri öz iqtisadi maraqlarına xatir deyil, yalnız öz müsəlman qardaşlarının insani və dini ideyalarını müdafiə etmək xatirinə olmuşdur.”
Əyalət üzrə Təbliğat İdarəsinin rəhbəri Qarabağ qələbəsində müqavimət mədəniyyətinin roluna işarə edərək deyib: “Qarabağ münaqişəsi neçə illər ərzində Minsk qrupu və qərblilərə ümid edildiyi üçün həllini tapa bilmirdi. Lakin sonda xalq inandı ki, özü ayağa qalxmalıdır və müqavimət mədəniyyəti ilə öz torpaqlarını işğaldan azad etmlidir.”
Cəfərzadə vurğulayıb: “Qarabağ müharibəsi səhnəsində Azərbaycan Respublikası xalqını düşmənə qalib edən başqa ölkələrin dəstəyi yox, onların dini incəsənətləri idi.”
Təbliğat İdarəsinin müdiri sonda incəsənət xadimlərinə və sənət əsəri yaradanlara müraciət edərək deyib: “Müqavimət mədəniyyət sahəsində sənət əsəri yaradan bütün sənətkarları meydana daxil olmağa, düşmənin müqavimət mehvəri əleyhinə mədəni hücumları qarşısında dayanmağa dəvət edirəm.”