AktualAktualArxivIslamQarabağSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Doktor Bəhrül-Ülumi: Qarabağ müharibəsinin əsl qalibləri döyüş cəbhəsində Ya Hüseyn şüarı ilə iştirak edənlər idi

Ərdəbil Əyalətinin Mədəniyyət və İslami İrşad İdarəsinin müdiri “Qarabağ münaqişəsi; zəminələr, səbəblər və nəticələr” Konfransına 3-cü hazırlıq toplantısında müqavimət mədəniyyəti haqda çıxış edib.

Qafqaz Həqiqətləri xəbər verir ki, dünən Ərdəbildə “Qafqaz münaqişəsi; zəminələr, səbəblər və nəticələr” Konfransına 3-cü hazırlıq toplantısı keçirilib. Toplantının natiqlərindən biri də Ərdəbil Əyalətinin Mədəniyyət və İslami İrşad İdarəsinin müdiri doktor Bəhrül-Ülumi olub. O, incəsənəti ilahi hədiyyə adlandırıb, onun ilahi dinlərlə yaxınlığını deyib və İranda baş tutmuş İslam İnqilabının müasir əsrin ən böyük incəsənəti olduğunu vurğulayaraq deyib: “Dünya imperializminin din və mənəviyyatı insanların həyatından uzaqlaşdırmağa səy etdiyi bir vaxtda həzrət İmam Xomeyni (r) həqiqi bir sənət ustası kimi inqilab incəsənətini və onun ən böyük səmərəsi olan bəsic mədəniyyətini nümayiş etdirdi.”
Bəhrül-Ülumi çıxışının digər hissəsində deyib: “Qarabağ müharibəsində müqavimət incəsənətindən və İslam İnqilabı mədəniyyətindən təsirlənmiş xalq ayağa qalxdı. Həqiqətdə bu müharibənin əsl qalibləri başına “Ya Zəhra” alınlığı bağlayan, dilində “Ya Hüseyn” deyə-deyə cəbhələrdə döyüşərək düşmənə qalib gələnlərdir.”
Əyalət üzrə Mədəniyyət İdarəsinin müdiri Qarabağ müharibəsində Aşura mədəniyyəti və müqavimət incəsənətinin cilvələnməsinə toxunaraq deyib: “İncəsənət xadimləri bu mövzuya yetərincə diqqət ayırmayıblar. Lakin bundan sonra şer, roman, sənədli film və s. kimi müxtəlif sahələrdə bu mövzuya daxil olmalıyıq və müqavimət incəsənəti zəminəsində dəyərli əsərlər yaratmalıyıq.”
Çıxışının sonunda Qarabağ məsələsində İranın Azərbaycan Respublikasına inkaredilməz dəstəklərinə toxunan Bəhrül-Ülumi deyib: “Azərbaycan Respublikasının məsul şəxslərinin bildirdiyinə görə, birinci Qarabağ müharibəsində İran Azərbaycana həm mənəvi, həm əməli sahədə dayaq olan tək ölkə olmuşdur. Son Qarabağ müharibəsində də Azərbaycan Respublikası prezidenti İlham Əliyev bildirdi ki, İran öz hava məkanını və quru yollarını Ermənistanın üzünə bağladı, beləliklə Qarabağın işğaldan azad edilməsində dəyərli rol ifa etdi.”
Doktor Bəhrül-Ülumi sonra toplantı iştirakçılarını marağına səbəb olan türkcə çox gözəl bir şer oxuyub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button