ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Rusiya neftinin Qərbə satışı qadağan edildi

“İran Press”in məlumatına görə, Rusiya prezidentinin xam neft və neft məhsullarının qiymət limitinə əməl edən ölkələrə tədarükünü qadağan edən fərmanı 2023-cü il fevralın 1-dən qüvvəyə minəcək və 2023-cü il iyulun 1-dək tətbiq ediləcək.
Digər tərəfdən, yaxın vaxtlarda Rusiya hökumətinin Nazirlər Kabineti bu ölkədə istehsal olunan yanacaq məhsullarına qiymət həddi müəyyən edən ölkələrə bu məhsulların satışının qadağan edilməsi ilə bağlı qərar qəbul edəcək.
Bununla belə Putinin yeni fərmanına əsasən, Rusiya prezidenti xüsusi hallarda qadağanı ləğv edə bilər.
Putin daha əvvəl də Rusiya neftinin qiymətinə məhdudiyyətlərin tətbiq edilməsini təsirsiz adlandırmışdı və qeyd etmişdi ki, Rusiya üçün 20 faizlik iqtisadi tənəzzül proqnozlaşdırılırdı, lakin bizdə cəmi 2,9 faiz iqtisadi tənəzzül oldu və vəziyyətimiz bir çox ölkələrdən yaxşıdır

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button