ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Rusiya İsrailə xəbərdarlıq edib

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İsrailə Ukraynaya silah göndərilməsinin böhranı dərinləşdirəcəyi  barədə xəbərdarlıq edərək deyib:
“Ukraynaya silah göndərən bütün ölkələr bu silahları Rusiya Silahlı Qüvvələri üçün qanuni hədəf olaraq qəbul edəcəyimizi başa düşməlidir”.
Maria Zaxarova paytaxt Moskvada keçirdiyi mətbuat konfransında
Anadolu Agentliyi (AA) müxbirinin İsrailin Ukraynaya hərbi yardım planları ilə bağlı sualını cavablandırıb.
Ukraynaya silah tədarükü məsələsində ölkələri coğrafi prinsipə görə ayırmadıqlarını bildirən Maria Zaxarova deyib: “Ukraynaya silah göndərən bütün ölkələr başa düşməlidirlər ki, biz bu silahları Rusiya Silahlı Qüvvələri üçün qanuni hədəflər olaraq qəbul  edəcəyik. Bizim mövqeyimiz hamıya məlumdur. Etiraf etmək lazımdır ki, əlavə və ya yeni silahların alınmasına yönələn hər hansı bir cəhd böhranı daha da dərinləşdirəcək”.
Xatırladaq ki, İsrailin baş naziri Benyamin Netanyahu Amerikanın CNN televiziyasına verdiyi müsahibədə “Ukraynaya hərbi yardımı nəzərdən keçirdiklərini” və “İranın silah istehsalına qarşı hərəkət etdiklərini” bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button