ArxivXəbər lentiXəbərlər

Rusiya-İran-Türkiyə XİN başçıları Moskvada yenidən bir araya gəlir

Suriyada atəşkəs rejiminə zamin ölkələr olan Rusiya, İran və Türkiyənin XİN başçıları aprelin 28-də Moskvada görüçəcəklər.

Sergey Lavrov, Cavad Zərif və Mövlud Çavuşoğlu görüşdə Suriyadakı münaqişənin nizamlanması yollarını müzakirə edəcəklər. Bu barədə TASS xəbər agentliyinə Rusiyanın xarici işlər idarəsindəki mənbə bildirib.

Tərəflərin bir öncəki görüşü martın 16-da Astanada keçirilib. Həmin görüşdən sonra Rusiya XİN rəhbəri Lavrov bəyan edib ki, zamin ölkələr BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Misturaya Suriyadakı konstitusion islahatları aparmağa kömək edəcəklər.

Aprelin əvvəlində isə Ankarada Suriya üzrə növbəti görüş Rusiya, Türkiyə və İran preidentlərinin rəbərliyi ilə keçirilib. Həmin görüşün yekunları üzrə üç ölkənin prezidentləri “münaqişənin siyasi həllinə açıq, müstəqil, ədalətli müzakirələrin vasitəsilə nail olunması” üçün yardım edilməsinin vacibliyini vurğulayıblar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button