ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Rusiya Ermənistan ordusunu modernləşdirəcək

Ermənistan və Rusiyanın yüksək səviyyəli hərbçiləri Ermənistan Silahlı Qüvvələrinin modernləşdirilməsi və islahatlar prosesini müzakirə ediblər.

Rusiyaya işgüzar səfəri çərçivəsində Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Edvard Asryan Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Rusiya müdafiə nazirinin 1-ci müavini, ordu generalı Valeri Gerasimov ilə görüşüb.

Görüşdə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi rusiyalı həmkarına Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələr, eləcə də Qarabağda qeydə alınan gərginlik və mövcud vəziyyət barədə məlumat təqdim edib.

Bildirilir ki, görüş zamanı Ermənistan-Rusiya hərbi əməkdaşlığı ilə bağlı bir sıra məsələlər müzakirə olunub. Ermənistan Silahlı Qüvvələrinin modernləşdirilməsinə və islahatların gedişinə təkid edilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button