ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Rusiya Ermənistandakı səfirini GERİ ÇAĞIRDI

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Moskvaya çağırılıb.
 bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib.
O, səfirin məsləhətləşmələr üçün çağırıldığını bildirib. Qərarın səbəbi açıqlanmayıb
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan ad çəkmədən 2 KTMT üzvü olan ölkəni ittiham etmişdi.
“Mən bizə qarşı müharibə hazırlayan ən azı iki KTMT ölkəsini tanıyıram. Bu ölkələr bizə kömək etmək istəyi imitasiyasını yaradıblar”, – o bildirib. Qeyd edək ki, KTMT-yə Rusiya, Qazaxıstan, Belarus, Ermənistan, Qırğızıstan və Tacikistan daxildir.
Paşinyan, həmçinin Ermənistanda çevrilişə cəhd hazırladıqlarını da bəyan etmişdi. Zaxarova Paşinyanın Rusiyanı nəzərdə tutduğunu deyərək onu sərt tənqid edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button