ArxivXəbər lentiXəbərlər

Rusiya Dəmir Yolları İranda nümayəndəlik açacaq Böyüt

Rusiya Dəmir Yolları İranda nümayəndəlik açmağa hazırlaşır. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə şirkətdən bildirib.

“Nümayəndə təyin edilib. Nümayəndəliyin qeydiyyatdan keçirilməsi başa çatmaq üzrədir”, – deyə RDY-dən bildirilib. Nümayəndəlik açmaq qərarının İranda reallaşdırılacaq layihələrlə əlaqəli olduğu bildirilir.

İrandakı nümayəndəlik RDY-nin rəsmi saytındakı müvafiq siyahıya əlavə edilib, lakin, hələlik heç bir ünvan və əlaqə nömrələri qeyd olunmayıb. Rusiya Dəmir Yollarının İrandakı nümayəndəsi vəzifəsinə Yevgeni Çerepanovun təyin edildiyi bildirilir.

Qeyd edək ki, RYD İranda Qarmsar – İncəburun dəmir yolunun elektrikləşdirilməsinə dair 1,2 mlrd. avro dəyərində layihə reallaşdırmaq niyyətindədir. Layihə Rusiya hökumətinin ayırdığı kreditin hesabına maliyyələşdiriləcək.

Xatırladaq ki, RYD 2012-ci ildə İranda Təbriz-Azərşəhr dəmir yolunun elektrikləşdirilməsi layihəsini gerçəkləşdirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button