ArxivXəbər lentiXəbərlər

Rusiya azərbaycanlıları Putinin prezidentliyə namizədliyini dəstəkləyirlər

Rusiya azərbaycanlıları Vladimir Putinin növbəti dəfə prezident postuna namizədliyini irəli sürməsi ilə bağlı qərarını dəstəkləyiblər.

qafqaz.ir apa -nın Moskva müxbirinin aldiyi  məlumatina görə, bu barədə Rusiyadakı azərbaycanlı icmaları adından Rusiya prezidentinə göndərilən məktubda qeyd olunub.

“Rusiyadakı azərbaycanlı icmaları adından Sizin qarşıdakı prezident seçkilərində iştirakla bağlı qərarınızı tam dəstəkləyirik. Rusiya cəmiyyətinin ayrılmaz tərkib hissəsi olan azərbaycanlılar istisnasız olaraq Sizə güvənir və Sizi dəstəkləyir. Məhz sizin ölkəyə rəhbərlik etdiyiniz vaxtda Rusiya nəhəngliyini, siyasi və iqtisadi çiçəklənməsini özünə qaytara bilib”, – deyə Vladimir Putinə məktubda bildirilir.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinə məktubu Rusiyadakı azərbaycanlı icmaları adından akademik Fazil Qurbanov imzalayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button