ArxivXəbər lentiXəbərlər

Rusiya 12 ukraynalı dənizçini həbs etdi

Simferopol şəhər məhkəməsi Rusiya ərazi sularını pozması ittihamı ilə ukraynalı dənizçi Vladimir Varimezin istintaq müddəti ərzində 2 aylıq həbs edilməsi barədə qərar qəbul edib.

Hakim Mixail Belausovun qərarına görə, dənizçi 25 yanvar 2019-cu il tarixinə qədər həbsdə qalacaq.

Hazırda digər ukraynalı dənizçilərin də məhkəməsinin keçiriləcəyi gözlənilir.

Somferopol məhkəməsi daha 3 ukraynalı dənizçi haqda 2 aylıq həbs qətimkan tədbiri seçilib.

***

Məlumata görə, barələrində 2 aylıq həbs qətimkan tədbiri seçilən ukraynalı dənizçilərin sayı 12-yə çatıb.

Digər 12 dənizçinin məhkəməsi isə sabah keçiriləcək.

Qeyd edək ki, Kerç boğazında Rusiya Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmiyə hücum edib. Silahlı hücumdan və tarandan sonra gəmilər zəbt edilib və yedəyə alınaraq Kerç limanına aparılıb. İnsident nəticəsində 6 Ukrayna hərbçisi yaralanıb. 24 ukraynalı dənizçi əsir götürülüb

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button