ArxivXəbər lentiXəbərlər

Rusiya əhalisinin 96%-i ölkənin iqtisadi siyasətinin dəyişdirilməsinin zəruriliyini bildirib

Rusiyanın 96,5% çalışan əhalisi ölkənin iqtisadi siyasətinin dəyişdirilməsi zəruriyyətini açıqlayıb.
qafqaz.ir deyerler.org -a istinadən xəbər verir ki, belə bir nəticəyə Rusiya Prezidenti Yanında Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının İctimai Elmlər İnstitutunun Monitorinq mərkəzinin apardığı sorğu əsasında gəlinib.
Sorğu nəticəsində ölkə əhalisinin 21,1%-i tam iqtisadi kursun dəyişilməsini, 42,5%-i köklü iqtisadi dəyişikliklər, 22,5%-i isə iqtisadi siyasətdə bir qədər dəyişikliklərin aparılması zəruriyyətini bildirib.
Sorğuda iştirak edənlərin 20,2%-nə görə ölkə iqtisadiyyatının inkişafına sanksiyalar mane olmur. 16,4%-i vergilərin ödənməməsinin iqtisadi artıma təsir etmədiyini düşünüb. Respondentlərin 50,5%-i korrupsiya və rüşvətin iqtisadi artımı əngəllədiyini hesab edib.
Qeyd edək ki, sorğu nəticəsində məlum olub ki, 2017-ci ildə əhalinin 70,8%-i işini itirməkdən narahat olub. Bu göstərici 2016-cı ildə 61,1%, 2004-cü ildə 56,8% təşkil edib.
Sorğuda Rusiyanın 35 subyektində 18 yaşdan yuxarı 1600 respondentin iştirak etdiyi bildirilib.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button