ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Rövşən Ağayev: “Hökumət suyun qiymətini 2 dəfə artırdı”

“Hökumət suyun qiymətini 2 dəfə artırdı. Əslində istehlak olunan suyun qiymətini 70 qəpik yox, 1 manat hesablayın. Çünki hökumət mənzildə nə qədər su istehlak eləsəniz, onu kanalizasiya və qeyri-kanalizasiya istehlakı kimi ayırmır  – bütün istehlakı içməli su və kanlizasiya tarifinə birlikdə vuraraq qəbzdə cəmi ödəməli olduğumuz haqqı yazır”, – sosial şəbəkə hesabında suyun bahalaşmasını şərh edərkən iqtisadçı ekspert Rövşən Ağayev belə yazır.

O, deyir ki, bir ailə ayda 10 kub su işlədib, onun 1 kubu şəxsi istehlaka, mənzilinizdəki güllərini suvarmağa sərf etsə belə, həmin 1 kub da kanalizasiya xidmətinin tarifi əsasında hesablanacaq: “Azərbaycan vətəndaşının büdcəsi üçün 1 manat su haqqı çox yüksəkdir. Hətta çox insafsız şəkildə minimum istehlak normaları tətbiq olunan minimum xidmətlər səbətində hər ay bir sakin üçün 10 kub su istehlakı nəzərdə tutulur. 4 nəfərlik ailə üçün minimum 30 kub işlənir – hətta israfçılıq olmadan belə. Bu 30 manat edəcək”.

“Kommunal xidmət şirkətləri boğaza qədər korrupsiyanın içərisində olmasaydı, adi bir şöbə rəhbəri 100-150 minlik maşında gəzməsəydi, şəffaflıq hesabatlılıq və qiymət əmələgəlmə sistemi olsaydı, xidmətlər keyfiyyətli olsaydı, qiymətlərin hətta bahalığı belə insanları indiki qədər narazı salmazdı”, – ekspert belə deyir.

Onun sözlərinə görə, hökumət ciddi və real islahatlar aparmadan iqtisadiyyatın ağır yükünü vətəndaşların çiyninə yükləyir: “Məmurların vətəndaşın cibindən real məlumatları olmadığı hiss olunur”.

“Müstəqil araşdırmaları qoyuram kənara, özünüzün az-çox qalmış peşəkar məmurlarınızdan soruşun ki, niyə bu ölkədə az qala 5 ildir ailə büdcələrinin qənaəti mənfi zolağa keçib?”, – R.Ağayev sual edir.

Yanvarın 31-də Tarif Şurasının növbəti iclası keçirilib.

İclasda “Azərsu” ASC-nin müraciəti müzakirə olunub və bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiq olunub.

qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button