ArxivXəbər lentiXəbərlər

Riçard Kozlariç: “Əli Kərimlinin həbsi iyrənc hadisədir”

Əli Kərimli ilə bağlı dünyaya çağırış etdi.

1990-cı illərdə ABŞ-ın Azərbaycanda səfiri kimi fəaliyyət göstərmiş nüfuzlu diplomat Riçard Kozlariç özünün feysbuk səhifəsində AXCP sədri Əli Kərimlinin həbsinə münasibət bildirib. Amerikalı diplomat bunu “iyrənc hadisə” adlandırıb:

“Əli Kərimlinin həbsi iyrənc hadisədir. Mən onu 20 ildir ki, tanıyıram. Heç bir şübhə yoxdur ki, o mövcud rejimə müxalifətdə olduğuna görə həbs edilib. Baş vermiş hadisə göstərir ki, Azərbaycan hakimiyyəti repressiya siyasətini dayandırmaq niyyətində deyil.

Bu səhv siyasətdir və mən dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün yaxşı adamları bu barədə açıq danışmağa çağırıram”.

Qeyd edək ki, AXCP sədri Əli Kərimli 17 noyabr Milli Dirçəliş Günü münasibətilə Şəhidlər Xiyabanını ziyarət etmək istəyb. Lakin polis ziyarətçiləri Şəhidlər Xiyabanına buraxmayıb və zorakılıqla ziyarətçiləri maşınlara dolduraraq polis idarəsinə aparıblar. Sonradan həbs edilənləri azad etsələr də Əli Kərimli və jurnalistlər hələ də həbsdədir 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button