ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Ramazanın səkkizinci gününün duası – iftar və imsak vaxtı

İslam dinində insanın Allaha ibadət etməsinə əhəmiyyət verildiyi kimi, ətrafdakı acların doyuzdurulması, yetimlərə qayğı göstərilməsi, insanlara ədəb-ərkanla davranılması da diqqətdə saxlanılır. Bu barədə Ramazanın səkkizinci gününün münacatında mesajlar var.

Qafqaz.ir xəbər verir ki, bu gün mübarək Ramazan ayının səkkizinci günüdür.

Bu gün üçün nəzərdə tutulmuş münacatda insandan təkcə ibadətlə məşğul olmaq tələb edilmir, ibadətlə yanaşı, yetimlərə qayğı göstərmək, salam verməkdə öncül olmaq, aclara iftar verib doyuzdurmaq, ləyaqətli və şərafətli insanlarla oturub-durmaq tövsiyə olunur.

Həzrət Məhəmməd peyğəmbərdən (s) belə bir hədis nəql edilir: “Oruc tutanlara iftar verən onların orucları qədər savab qazanar.”

Təbii ki, burada oruc tutan yoxsullara daha çox qayğı göstərilməsi nəzərdə tutulur, hədis əsasən bu kimi insanlara şamil edilir.

Ramazan ayının səkkizinci gününün duası:

“Allahummərzuqni fihi rəhmətəl-əytami və it-amət-təami. Və ifşa əs-səlami və söhbətəl-kiram. Bitəvlikə ya məlcəəl-amilin.”

Tərcüməsi:

“İlahi, bu gün yetimlərə qarşı mehriban olmağı, ehtiyacı olanlara yemək verməyi, camaatla ucadan salamlaşmağı və kəramətli şəxslərlə dostluğu mənə nəsib et. Fəzl və bəxşişinə and verirəm, ey arzu edənlərin pənahı!”.

Qeyd edək ki, bu gün iftar axşam saat 19.40-a, sabah sübh namazı isə 04.25-ə təsadüf edəcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button