ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ramazanın 15-ci gününün duası

Allahın adlarından biri də “mömin”dir. Bu, o deməkdir ki, ruhi və mənəvi rahatlığı, təskinlik, xatircəmlik və əmin-amanlıq hissini inanclılara yalnız Allah bəxş edir.

Hədislərdə belə bir gün üçün nəzərdə tutulmuş münacatda oruc tutan müsəlmana tövsiyə edilir ki, qəlbində Allaha qarşı xof yaratsın. Çünki belə bir xof hissi insanı daha çox itaətkar olmağa sövq edir. İtaət etdikdən sonra möminin qəlbində özünəməxsus şəkildə aramlıq, rahatlıq, təskinlik və amin-amanlıq hissi yaranır ki, o, bunun vasitəsilə qarşılaşdığı problemlərdən, üzləşdiyi çətin məqamlardan asanlıqla ötüb keçə bilir. Bu günün münacatında bildirilir ki, insana həqiqi mənada əmin-amanlıq hissini yalnız Allah yaşada bilər. Bu əmin-amanlıq hissi təkcə insanın ruhi-mənəvi aləminə aid deyil, hətta həyatda gündəlik qarşılaşdığı məsələlərə də şamil edilir.

 

Ramazan ayının 15-ci gününün duası:

 

“Allahummərzuqni fihi taətəl-xaşiin. Vəşrih fihi sədri bi-inabətil-muxbitin. Bi-əmanikə ya əmanəl-xaifin”.

 

Tərcüməsi:

 

“İlahi, bu gün qəlbində Allah xofu olan şəxslərə məxsus ibadəti mənə nəsib et! Bu gün təvazökarların tövbəsi ilə qəlbimi işıqlandır! Malik olduğun (və möminlərə verə biləcəyin) əmin-amanlığına and verirəm, ey qorxanlara əminlik və təhlükəsizlik bəxş edən Allah!”

 

Qeyd edək ki, hər il olduğu kimi bu il də İnterAz televiziya kanalı və SalamNews İnformasiya Agentliyi Ramazan ayı münasibətilə ənənəvi aksiyanı davam etdirəcək. Aksiyanın şüarı “İsrafçılıq və dəbdəbədən uzaq, sadə iftar süfrəsi”dir. Eyni zamanda, aksiya imkanı olan hər kəsi ehtiyac duyan insanlara kömək etməyə dəvət edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button