ArxivXəbər lentiXəbərlər

Rəsmi Bakı paytaxtı Qüds olan Fələstin ölkəsinin təşkilinə dəstək verib

Azərbaycan Respublikasının xarici işlər naziri paytaxtı Qüdsi-Şərif olan Fələstin ölkəsinin təşkil edilməsini istəyib.

Elmar Məmmədyarov Nyu-Yorkda BMT Baş Assambleyasının illik sessiyasının kənarında İslam Əməkdaşlığı Təşkilatının koordinasiya qrupunun iclasında deyib: Rəsmi Bakı Fələstin məsələsinin tez bir zamanda həlli və paytaxtı Qüds olan müstəqil Fələstin ölkəsinin təşkil edilməsini istəyir.

Məmmədyarov əlavə edib: Azərbaycan Respublikası həmçinin Fələstin xalqının bu diyarda azadlıq, sabitlik və davamlı inkişafa nail olmaq üzrə mübarizəsinə dəstək verir.

Azərbaycan Respublikasının xarici işlər naziri eyni zamanda deyib: Fələstin xalqının haqlı tələblərinin reallaşması üzrə beynəlxalq səylərin artması olduqca ümidvericidir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button