ArxivXəbər lentiXəbərlər

Rəsmi Bakı növbəti seçkilərlə bağlı Qərbin mənfi mövqeyindən nigaranlıq edib

ATƏT-in Azərbaycan Respublikasında parlament seçkiləri ilə bağlı mənfi mövqelədən çıxış etməsi bir daha Azərbaycan Respublikası rəsmilərini qərbə qarşı mövqelər sərgiləməyə sövq edib.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Azərbaycan Respublikası rəsmilərinin rəsmi mövqelərini əks etdirən Yeni Müsavat qəzeti son sayında yazıb: ATƏT-in Azərbaycan Respublikasında parlament seçkilərinə müşahidəçi qrupu göndərməkdən imtina etməsi, Avropa Parlamentində Azərbaycana qarşı qətnamə, eləcə də İlham Əliyev hökumətinin bu məsələyə sərt reaksiya verməsi Milli Məclisin növbəti seçkiləri prosesinə öz təsirini göstərmişdir.

Bundan öncə Azərbaycan rəsmiləri, o cümlədən Azərbaycan Respublikası Prezident Administrasiyasının Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Avropa dairələrini ittiham etmişdi ki, indidən noyabr ayı parlament seçkilərinin qiymətləndirilməsi mətnini hazırlayıblar.

Novruz Məmmədov 2 həftə öncə öz Twitter səhifəsində yazıb: Yaxın və dost mənbədən məlumat əldə etmişik ki, Avropa Birliyinin müxtəlif dairələrinin Milli Məclisin növbəti seçkiləri barəsindəki mövqeyi ilə bağlı mətni elə indidən hazırdır və həmin zamanda sırf kiçik dəyişikliklər və tarixin qeyd olunması ilə dərc olunacaq.

Azərbaycan rəsmilərinin Qərbə qarşı mənfi mövqeləri və qarşılıqlı olaraq Qərbin İlham Əliyev hökumətinə qarşı mövqelərinin davam etməsi ilə ekspertlər bildirirlər ki, cari vəziyyətlə Azərbaycan və qərb dövlətləri arasında qarşılıqlı əməkdaşlığı gözləmək olmaz. Aydındır ki, bu şəraitdə rəsmi Bakının Rusiya və qərbə qarşı ölkələrlə əməkdaşlığa yönəlməsi güclənəcəkdir. Bununla belə Avropa Birliyi və ABŞ ötən bir neçə ay ərzində İlham Əliyev hökumətinə qarşı öz mövqelərinin mənfi təsirlərini azaltmaq məqsədilə Azərbaycan Respublikasının İraq və Əfqanıstandakı əməkdaşlıqlar məsələsi, eləcə də neft və qaz əməkdaşlıqlarını bəhanə edərək irəliyə doğru addım atmağa çalışıblar. İlham Əliyev hökuməti də oxşar mövqelər sərgiləmişdir. Lakin bu mövqelərin iki tərəf üçün xeyri olacağı qeyri-mümkün görünür.

Həqiqət budur ki, Azərbaycan Respublikasının 1991-ci ildə müstəqillik əldə etdikdən sonra sabiq SSRİ-nin təmərküzləşmiş strukturundan bezən bu ölkənin başçıları qərblə, xüsusilə də ABŞ-la əməkdaşlığı öz iş gündəminə saldılar.

Ötən iki dekada ərzində bu əməkdaşlıqlar proqnoz olunmayacaq həddə genişləndi. Lakin qərbin demokratiya, söz və ifadə azadlığı və insan haqları ilə bağlı mövqeyi iki tərəfin problemlərini artırmışdır. Misal üçün qərb dövlətləri bir səslə İlham Əliyev hökumətindən istəyiblər ki, bütün siyasi məhbuslar, o cümlədən əsassız bəhanələrlə həbs olunan islamçı məhbusları azad etsin.

Eyni zamanda qərb dövlətlərinin, o cümlədən ABŞ Dövlət Departamentinin rəsmi hesabatlarında insan haqlarının pozulması və hakimiyyət müxaliflərinin həbs olunması kimi siyasi hərəkətlər yer almışdır. Qərb dövlətləri həmçinin Azərbaycan Respublikasındakı seçkiləri formal qiymətləndirib və bildirirlər ki, İlham Əliyev hökuməti güc vasitəsindən istifadə edərək xalqa hökumət edir. Bu tənqidlərin qarşısında rəsmi Bakı da qərb dövlətləri və qurumlarının hesabatlarını Azərbaycan Respublikasından əlavə imtiyazlar almaq məqsədilə Azərbaycan hökumətinə təzyiqlər fonunda səy kimi qiymətləndirmişdir.

Bu şəraitdə ATƏT Azərbaycan Respublikası hökumətinin parlament seçkilərinə müşahidəçi qrupunu göndərməsi ilə bağlı rəsmi dəvətinə cavab verməkdən çəkinib.

Avropa Parlamenti də Azərbaycan hökumətinə qarşı qətnamə təsdiqləyib.

Bəzi azərbaycanlı ekspertlər bu hərəkətləri Azərbaycan Respublikasında keçiriləcək növbəti seçkilərin nəticələrini məchul vəziyyətlə üzləşdirmək mənasında qiymətləndiriblər.

Misal üçün siyasi məsələlər üzrə təhlilçi Natiq Miri bu barədə deyib: Təbii ki, belə bir siyasi şəraitdə işləmək İlham Əliyev hökuməti üçün çox çətin olacaqdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button