ArxivXəbər lentiXəbərlər

Rəsmi Bakı Hüseyn (ə) tasuası və aşurası mərasimlərinin keçirilməsinə qadağa qoyub

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini bildirib: Bu ölkədə Tasua və Aşura mərasiminin keçirilməsi qadağan olacaq.

Qafqaz.ir-in Paralel saytına istinadla verdiyi məlumata görə, Gündüz İsmayılov əlavə edib: Azərbaycan hökuməti bu ölkədə Tasua və Aşura mərasimlərinin keçirilməsinə qadağa üçün proqram hazırlamaqdadır.

Bu hökumət rəsmisinin açıqlaması elə bir haldadır ki, Azərbaycan Respublikası parlamenti ötən cümə günü qanun qəbul edərək küçələr və yollarda Hüseyn (ə) bayraqlarının sancılmasını qadağan edib və bu qanunu pozanlara qarşı nağd cərimə və bir il həbs nəzərdə tutub.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi iki həftə öncə hər il minlərlə azərbaycanlının iştirakı ilə İmam Rzanın (ə) bacısı Rəhimə xanımın Nardaranda məqbərəsində keçirilən Hüseyn (ə) ərbəini mərasiminə mane olub.

Bu məlumata görə, rəsmi Bakı Nardaran şiələrinə təzyiq göstərmək məqsədilə havanın soyuq olmasına baxmayaraq, bu qəsəbənin hələ də qaz və elektrikini kəsib və Nardaranda gediş-gəliş məhdudiyyətləri və islamçı fəalların həbsi davam edir.

İmam Rzanın (ə) əziz bacılarından Rəhimə xanımın pak məqbərəsinn yerləşdiyi Nardaran qəsəbəsi Azərbaycan Respublikasında önəmli şiə mərkəzlərindən biridir. Bu qəsəbənin SSRİ-nin dinə qaşrı siyasətləri qarşısında müqaviməti insanların xatirəsində həkk olunmuşdur.

Azərbaycan Respublikası əhalisinin 85%-dən çoxunu şiələr təşkil edirlər. 2010-cu ildən hicab qadağasına etiraz edən islamçı fəallardan onlarla nəfər, o cümlədən Azərbaycan İslam Partiyasının sədri Hacı Möhsün Səmədovun həbsi ilə dindarların repressiyası şiddətlənmişdir. Halbuki dini tolerantlıq bəhanəsi ilə bu ölkədə 40-dan çox sionist müəssisəsi azad şəkildə fəaliyyət göstərir.

Azərbaycan Respublikası həmçinin dini tolerantlıq bəhanəsi ilə bəhailər, Yahova şahidləri və digər azğın firqələrin fəaliyyəti üçün geniş imkanlar yaratmışdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button