ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Rəisi: İran heç bir danışıqlarda xalqın hüquqlarından geri çəkilməyəcək

İran İslam Respublikası prezidenti deyib ki, hökumət heç bir görüş və ya danışıqlarda İran xalqının hüquqlarından geri çəkilməyəcək və hökumət ölkənin yaxşılaşdırılması və problemlərin həlli istiqamətində səylərini davam etdirəcək.

İran prezidenti Seyid İbrahim Rəisi Tehranda 17-ci Ümumdünya Məscid Günü toplantısında, hökumətinin sanksiyalar və təhdidlərə baxmayaraq, işi ciddi şəkildə davam etdirəcəyini vurğulayaraq, əlavə edib: “Biz heç bir görüş və danışıqlarda İran xalqının hüquqlarından geri çəkilməyəcəyik və hökumət ölkəni yaxşılaşdırmaq və problemləri həll etmək üçün səylə çalışacaq”. 

İran İslam Respublikası prezidenti çıxışının davamında koronavirusun qarşısının alınması, qonşuluq siyasətinin inkişafı, xarici siyasətdə tarazlığın yaradılması, xarici ticarətin artırılması, əsas malların strateji ehtiyatlarının yaxşılaşdırılması, eyni zamanda özünü təmin etməyə çalışmaq və əsas malların daxil olma mənbələrini şaxələndirmək və digər sahələrdə  hökumətin son bir ildə gördüyü işlərdən danışıb və deyib: “Ölkəmiz xalqa arxalanan gücə malikdir və hökumətin səyi də belə bir gücdən millətin mənafeyini təmin etmək üçün yaxşı istifadəyə əsaslanıb”.

Rəisi, həmçinin məscidlərin cəmiyyətdə mərifət və bəsirətin artırılması sahəsindəki rolunu vurğulayaraq, qeyd edib ki, məscidlər ölkədə ümid mərkəzidir və şübhələrin cavablandırılmasında və xalqın ruhi düyünlərinin həllində mühüm rol oynamalıdır. 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button