ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

“Rəisidən sonra İran-Azərbaycan münasibətləri daha da inkişaf edəcək”

Hikmət Babaoğlu Turana bildirib ki, bəzi qüvvələrin yaratmağa çalışdığı gərginlik arxada qalmaqdadır və İran-Azərbaycan münasibətləri yaxşı olmağa məhkumdur: “Ona görə də İranda kimin prezident seçilməyindən asılı olmayaraq bundan sonra İran-Azərbaycan münasibətləri yaxşılığa doğru gedəcək. İran-Azərbaycan münasibətləri müsbət istiqamətdə və xüsusi dinamika ilə inkişaf edəcək”.
Xatırladaq ki, mayın 19-da İran prezidentini daşıyan helikopterin qəzaya düşməsindən saatlar öncə şəhid president Seyid İbrahim Rəisi sərhəddə Azərbaycan prezidenti ilə su qovşaqlarının açılış mərasimində iştirak etmiş, orada qarşılıqlı xoş münasibətlərə aid açıqlamalar səslənmişdi.
İ.Rəisi demişdi: “Düşmənlər nə Azərbaycanın, nə də İranın inkişafını görmək istəyirlər. Düşünürük ki, Azərbaycanın inkişafı bizim də inkişafımızdır”.
Azərbaycan prezidenti İlham Əliyev də vurğulamışdı ki, bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin olunmalıdır: “Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button