ArxivIslamXəbər lentiXəbərlər

Qurban bayramında əfv olacaq?

“Əfv sərəncamının verilməsi cənab prezidentin müstəsna səlahiyyətlərinə aiddir. Amma Qurban bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilmir”.

Bunu Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev Modern.az-a açqlamasında deyib.

Komissiya üzvü fikirlərini aşağıdakı kimi əsaslandırıb:

“Nəzərə alsaq ki, sonuncu əfv sərəncamı mart ayında verilib və 423 nəfər əfvə düşüb. Ona görə də belə tez-tez sərəncam imzalanacağını gözləmirəm. Eyni zamanda, əfv sərəncamı verilməmişdən əvvəl Komissiyanın iclasları olmalı, işlərə baxılmalıdır. Bu günlərdə Komissiya toplanmayıb və yaxın günlərdə də iclaslarla bağlı hər hansı məlumat yoxdur”.

Ə.Nuriyev qeyd edib ki, sərəncamın imzalanıb-imzalanmamasından asılı olmayaraq hər gün müraciətlər daxil olur.

“Müxtəlif qurumlardan daxil olan müraciətlər əfv sektoruna göndərilir. Onlar hər gün, mütəmadi işləyir və müvafiq arayışlar, sorğular hazırlayır, məlumatları gələcəkdə olacaq iclaslar üçün hazırlayır. Amma bu iclasların dəqiq vaxtı yalnız ölkə başçısı tərəfindən açıqlanır”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button