AktualAktualArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Qum Hövzəsi Elmi Şurası: “Şeyx Sərdar və Hacı Cəlalla azca tanışlığı olan hər bir şəxs bu böhtan və şantajın həqiqətinə agahdır və …”

Qafqaz.ir xəbər verir ki, Qum Hövzəsi Elmi Şurası sosial şəbəkələrdə Şeyx Sərdar Hacıhəsənli barəsində yayılan şantaj videosu ilə bağlı bəyanat yayıb. Redaksiyamıza daxil olan bəyanatda Azərbaycanın şərəfli millətinə, qeyrətli əziz qardaş və bacılarımıza, həmişə xalqının dərdinə şərik olan izzətli xalqımıza müraciət edilib.

Bəyanatın müqəddiməsində Qurandan sitat gətirilərək qeyd edilir:

“Beləcə (sənin kimi) hər bir peyğəmbər üçün insan və cin şeytanlarından (vücudlarında müxtəlif şəhvət meyllərini yaratmaq vasitəsilə) düşmənlər qoyduq. Onların bəzisi digər bəzisinə (o peyğəmbərin əleyhinə) sirli (gizlin) şəkildə bəzədilmiş puç və aldadıcı sözlər ötürürdülər ki, (başqalarını) aldatsınlar və əgər Allah (əzəli iradəsi ilə) istəsəydi, onlar bu cür etməzdilər. Buna görə də (sənə döyüş əmr olunana kimi) onları və iftiralarını boşla. “Ənam”, ayə 112”.

Daha sonra vurğulanır ki, böyük təəssüf və narahatlıq hissi ilə yenə də, bir daha bəzi muzdurların şərəfsiz və cılız rəftarlarının şahidi olduq:

“Bu və bu kimi hadisələr hər bir qeyrətli şəxs üçün olduqca narahatedici və üzücüdür.

Heç bir şəxsin istər hüquqi, istər əxlaqi, istər insani və istərsə də şəri nöqteyi-nəzərdən milliyyətindən, dinindən, məzhəbindən, hətta şəxsiyyətindən aslı olmayaraq digər bir şəxsi bu şəkildə şərləyib təhqir etmək hüququ yoxdur.

Bu gün texnologiyadan az anlayışı olan şəxs belə bu və bu kimi montajların hər bir şəxs üçün qurula biləcəyini inkar edə bilməz. Xüsusilə bu şəxsiyyətlərlə azca tanışlığı olan hər bir şəxs bu böhtan və şantajın həqiqətinə agahdır və bu işin nə qədər cılız olmasını dərk edir.

Belə bir çirkin iş, böhtan vuranın zəifliyindən və şərəfsizliyindən başqa bir şey deyil.

Bu və bu kimi məlumatları hər hansı bir vasitə ilə yaymaq, paylaşmaq yaxud buna dəstək olmaq, şəri baxımdan haram və Həzrət Peyğəmbər (s) və Əhlibeytin (ə) qəlbinə dağ çəkməkdir”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button