ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Qubad İbadoğlunun Füzulidəki qohumları araşdırılır

“Bununla onları qorxu və vahimə içərisində saxlamağa çalışırlar”

Hazırda həbsdə olan iqtisadçı Qubad İbadoğlunun Füzulidə yaşayan qohumlarının araşdırıldığı bildirilir.

Bu barədə danışan iqtisadçının qardaşı Qalib Bayramov deyir ki, onların Füzulidə yaşayan qohumlarını son dörd ayda ikinci dəfədir araşdırırlar. O düşünür ki, bununla onları qorxu və vahimə içərisində saxlamağa çalışırlar.

Qalib Bayramov bildirir ki, ilk belə araşdırma qardaşı həbs olunandan sonrakı bir ay içərisində olub. İndi növbəti dəfə qohumlarına zəng edib, onları sorğu-suala tuturlar:

“Prosesdə Füzuli Rayon İcra Hakimiyyətinin və Füzuli rayon Polis Şöbəsinin əməkdaşları xüsusi fəallıqları ilə seçilirlər. Həyasızcasına hətta 60-70 il öncə rəhmətə getmiş uzaq qohumlarımızın kimliyinin araşdırılmasına belə cəhd olunur”.

Qalib Bayramov. 

Məsələ ilə bağlı Füzuli rayon Polis Şöbəsindən münasibət öyrənmək mümkün olmayıb.

Füzuli rayon İcra Hakimiyyətinin sənədlərlə və vətəndaşların müraciətləri ilə bağlı şöbəsindən bu barədə məlumatsız olduqları bildirilib.

İyulun 24-də barəsində 3 ay 26 gün həbs-qətimkan tədbiri seçilən iqtisadçıya qarşı saxta pul, dini-ekstremist materialların hazırlanması, saxlanması və ya yayılması ittihamları irəli sürülüb.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.

Bugünədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri Qubad İbadoğlunun azad edilməsi üçün çağırışlar edib. Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) iqtisadçı Qubad İbadoğlunun işinə dərhal baxılmasına qərar verib. Məhkəmə 39-cu qaydanı (müvəqqəti məcburiyyət tədbirləri) əsas götürərək Azərbaycan hökumətinə suallar göndərib. 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button